az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

FASMATIK ÜZLÜK BOYAALTI SUVAQ (ağ)

FASMATIK ÜZLÜK BOYAALTI SUVAQ (ağ)

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

Fasmatik üzlük (boz) məhsulu sement əsaslı, birkomponentli, boyadan öncə səthin təmiri və suvanması üçün istifadə olunan boz rəngli quru qarışıqdır. ГОСТ 28013-98 standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • Beton səth və sement əsaslı suvaq ilə suvanmış səthlərdə boyamadan əvvəl hamar səthin əldə olunmasında;
  • Səthdə olan nazik çatların (3 mm-ə kimi) təmirində istifadə olunur.

Üstünlükləri

  • Yalnız su ilə qarışdırılır, asan şəkildə tətbiq edilir;
  • Nazik çatların düzgün bitişməsini təmin edir;
  • Məhsulun istifadəsi rahatdır;
  • Tətbiq olunduğu məkanlarda sonradan çatlar yaranmır;
  • Məhsul 1 mərhələdə 3 mm qalınlıqda rahat tətbiq oluna bilir və polad malanın izi də qalmır.

İstifadə qaydaları

Səthin hazırlanması. Məhsul tətbiq olunacaq səthlər möhkəm, tozsuz və təmiz olmalı, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, pas, parafin və digər qalıqlarından tamamilə təmizlənməlidir. Qarışığın tətbiq ediləcəyi səthlər su ilə təmizlənməli və ya ROKOL Binderlə Astarla astarlanmalıdır.

Qarışığın hazırlanması (əl aləti ilə).Təyin olunmuş miqdarda suyu təmiz vannaya boşaldın və üzərinə yavaş-yavaş Fasmatik üzlük (boz) məhsulunu əlavə edin. Dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı cihazla homogen bir qarışıq əldə edilənə qədər qarışdırın. Təqribən 3 dəqiqə gözlədikdən sonra yenidən 30 saniyə qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə gətirin.

Fasmatik üzlük (boz)1 kq-lıq quru qarışıq üçün25 kq-lıq kisə üçün
Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı 0,24-0,250 litr 6,0-6,5 litr litr
İstifadəyə hazır məhlulun sıxlığı 1,65 kq/litr

TövsiyələrFasmatik üzlük (boz) məhsulu istifadə olunacaq mühitin temperaturu +50C-+300C arası olmalıdır. Xarici səthdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəş şüalarından, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Qarışıq tətbiq edildikdən sonra istifadə olunan bütün alət və avadanlıqlar su ilə təmizlənməlidir. Tətbiq zamanı polad malanın yaratdığı izlərin qalmamasına diqqət yetirilməlidir

Texniki göstəricilər

Rəngi boz
İstifadə temperaturu +5°C ÷ +30°C
İstifadə müddəti:
  • +20°C temperaturda
120 dəqiqə
Sıxılmada möhkəmlilik həddi:
  • 28 gündən sonra
>8 N/mm2
Qopma müqaviməti:
  • 28 gündən sonra
>0,6 N/mm2
Tətbiq ediləcək qalınlıq:
  • minimum
  • maksimum
0.5 mm
3 mm
Tam bərkimə müddəti 28 gündən sonra
Qablaşdırma 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietiləndən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

1 mm qalınlıq üçün 1,35 kq/m2 quru qarışıq sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

Açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 11 ədəd olmaqla 12 ay saxlanıla bilər. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitində bir həftə ərzində istifadə edilməlidir.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!