az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

F-Pas Dry İncə Üzlük Məcunu

F-Pas Dry İncə Üzlük Məcunu

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

Əhəngdaşı əsaslı, birkomponentli, fasad üçün nəzərdə tutulmuş teksturalı səthlər yaradan bəyaz rəngli, quru qarışıqdır.

İstifadə sahələri

Bu məhsuldan:
• xarici və daxili məkanlarda şaquli səthlərdə;

• sement əsaslı suvaq ilə suvanmış səthlərdə;
• XPS (sıxlaşdırılmış polistren köpüyü), EPS (genişləndirilmiş polistren köpüyü), daş yunu və poliuretan tavalarla üzlənmiş səthlərdə istifadə olunur.

Üstünlükləri

• Yüksək bağlayıcılıq xüsusiyyətinə malikdir;
• Ultrabənövşəyi şualara və şaxtaya qarşı dayanıqlıdır;
• Elastik olduğundan divarda çatlar yaranmır;
• Yağışa, rütubətə və nəmə qarşı son dərəcə dayanıqlıdır;
• Boya görünüşünü uzun müddət qoruyub saxlayır;
• Ekoloji cəhətdən təmizdir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth təmiz, sağlam və nəmli olmalıdır. Səthdə 3 mm-dən dərin çatlar və qusurlar olduqda F-pas dry tətbiq olunmazdan ən azı 72 saat əvvəl MATON təmir qarışığı və ya digər oxşar məhsulla təmir edilməlidir. İstifadədən əvvəl səth mütləq nəmləndirilməli və ya ROKOL Binder Astar və ya digər oxşar məhsulla astarlanmalıdır. 

Qarışığın hazırlanması. Bir kisə 20 kq-lıq F-pas dry məhsulunu yavaş-yavaş 7,5-8 l təmiz suyun üzərinə əlavə edin. Qarışığı mala və ya zəif dövriyyəli əl mikseri ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırın.

Tətbiqi: Hazır məcunu fasada çiləyici əl tapancası ilə tətbiq edin. 10-15 dəqiqədən sonra səthə tətbiq olunmuş məcunu xüsusi tinerə (məcunun vərdənəyə yapışmaması üçün) salınmış dəmir və ya plastik vərdənə ilə əzməklə dekorativ görünüş yaradın. Hazırlanmış qarışıq maksimum 2 saat ərzində istifadə olunmalıdır. İstifadə müddəti keçmiş qarışıqdan istifadə edilməməlidir. F-pas dry məhsulu su ilə qarışdırıldıqdan sonra gözləmə müddətinə mütləq riayət edilməli, istifadədən əvvəl təkrar qarışdırılmalıdır. Hazırlanan qarışığın içərisinə heç bir əlavə maddə (əhəng, sement, gips və s.) qatılmamalıdır.

Tövsiyələr. F-pas dry məhsulu istifadə olunarkən mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarı olarsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən yuxarı) və güclü küləkli havalarda və 24 saat ərzində donma təhlükəsi olan səthlərdə istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş məhsuldan istifadə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi bəyaz
İstifadə temperaturu +5°C ÷ +30°C
Su/toz nisbəti 7,5-8 litr su/20 kq toz
İstifadə müddəti: 3 saat
Məhsulun sıxlığı:
    • Quru halda məhsulun tökmə sıxlığı
    • istifadəyə hazır məhlulun sıxlığı
0,974 kq/l
1,72 kq/l
Tam quruma müddəti 24 saatdan sonra

Sərfiyyat

Səthdən asılı olaraq 1 m2 səthə 0,8-1,0 kq qarışıq sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, üst-üstə maksimum 11 sıra olmaqla 12 ay saxlanıla bilər.