az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

Matanat A FASKER Yüksək performanslı iri ölçülü plitə yapışdırıcısı(boz) C2TE

Matanat A FASKER Yüksək performanslı iri ölçülü plitə yapışdırıcısı(boz) C2TE

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


MƏHSUL HAQQINDA

Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, xüsusi polimer əlavəli, şaxtaya və istiyə davamlı, nanotexnologiyalı yüksək performanslı plitə və dekorativ daş yapışdırıcısıdır. EN 12004-2 standartının C2TE sinfinə uyğundur.

İSTİFADƏ SAHƏLƏRİ

Bu plitə yapışdırıcısı: Daxili və xarici məkanlarda keromoqranit kimi iri ölçülü plitələrin yapışdırılmasında; Təbii daşlar, dekorativ daşlar, dekorativ kərpic (“kabançik”) və bu kimi üzlük materialların müxtəlif yüksəkliklərdə yapışdırılmasın­da; Temperatur fərqlərinin olduğu sement əsaslı səthlərdə, sanitar qovşaqlarında, balkonlarda, üzmə hovuzlarında, yerdən isidilən səthlərdə iri ölçülü kafel, keramika və keramoqranit kimi üzlük plitələrin yapışdırılma­sında; Öncədən yapışdırılmış keramikaların üzərinə qopartmadan yeni keramikaların yapışdırılmasında; Çox sayda piyada və yük gediş-gəlişinin olduğu məkanlarda.

İSTİFADƏ QAYDASI

Səthin hazırlanması

İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl FİLKRET təmir qarışığı və ya digər oxşar məhsul ilə düzəldilməlidir. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən nəmləndirilməli, ROKOL Binder astar və ya digər oxşar məhsul ilə astarlanmalıdır. Qarışığın hazırlanması. 25 kq quru qarışığı 6.0-6.5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın. Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasın­da kombinələşdirilmiş (bu üsulda yapışdırıcı həm səthə çəkilir, sonra daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) yapışdırma üsulundan istifadə edin. Səthin üzərinə çəkilmiş qarışığa plitəni yapışdırma müddəti həmin qarışığın üzərinə barmaqla azca toxunmaqla (basmaqla) müəyyən edilir. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Əgər səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır. Böyük ölçülü üzlük materiallarla işlədiyiniz zaman, yapışdırma işini üfüqi istiqamətdə icra edin və başa çatan sıra ilk müqavimət gücünə çatmamış, sonrakı üst sıraya keçməyin. Şaquli istiqamətlərdə hər 3.5 m-dən bir genişlənmə aralığı buraxın. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadə üçün məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir. Tövsiyələr. İstifadə edildiyi səthin temperaturu FASKER üçün +5°C-dən aşağı və +30°C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən çox), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İsti döşəmə sistemi üzlük plitələrin tətbiqi zamanı deaktiv vəziyyətdə saxlanılmalıdır. Tətbiq olunmuş yapışdırıcı və aralıqdoldurucu məhsulları tam quruduqdan sonra isitmə sistemi mərhələli şəkildə istismara verilməli, temperatur isə tədricən artırılmalıdır. Suhopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş FASKER qarışığına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməli­dir. FASKER sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.

SƏRFİYYAT

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la).
FASKER, (kg) 1 mm qalınlıq üçün
quru qarışığın
sərfiyyatı (kq/m2)
Qarışdırılacaq suyun miqdarı
(litrə)
25 kq üçün
Daraqlı malanın dişlərinin ölçüləri və
sərfiyyatlar, (kq/m²)
6 mm 8 mm 10 mm
25 1.28 6.0 - 6.5 3.9 5.1 6.4

TEXNİKİ GÖSTƏRİCİLƏR

Rəngi boz rəngli quru qarışıq İstifadə temperaturu +5°C ÷ +30° C Su/quru qarışıq 2.6-2.75 l su/10 kq quru qarışıq 6.0-6.5 I su/25 kq quru qarışıq Qarışdırıldıqdan sonra gözləmə müddəti: 3-5 dəqiqə İstifadə müddəti 2 saat Aralıq doldurma işinə başlama vaxtı: • divarda 24 saatdan sonra • döşəmədə 48 saat sonra Yapışma müqaviməti ≥ 1N/mm2 (28 gündən sonra) Sürüşmə ≤ 0.5 mm Qablaşdırma: Quru qarışıq 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə

SAXLAMA MÜDDƏTİ VƏ QAYDASI

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində üst-üstə maksimum 11 kisə olmaqla 12 ay saxlanıla bilər. XƏBƏRDARLIQLAR FASKER yapışdırıcısının sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun; İstifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın; Yuxarıdakı göstəricilər +23°C (±2°C) temperatur və 50% (±5%) rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır.