az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

”MATANAT A” Akrilik əsaslı plitə yapışdırıcısı

”MATANAT A” Akrilik əsaslı plitə yapışdırıcısı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Akrilik əsaslı, istifadəyə hazır, uzun müddətli istifadə imkanını saxlayan, pasta tipli, elastik keramika yapışdırıcısıdır.

İstifadə sahələri

Bu plitə yapışdırıcısından

  • daxili məkanlarda bütün keramik plitələrin yerdə və deformasiyaya məruz qalan divarlarda yapışdırılmasında;
  • alçıpan, gips suvaq, taxta səthlər və boyalı səthlər üzərinə keramik plitələrin yapışdırılmasında;
  • iç məkanda istilik izolyasiya lövhələri və dekorativ tavan örtüklərinin yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • Tətbiqi asan, hazır şəkildə istifadə olunan, uzun müddətli istifadə imkanını saxlayan keramika yapışdırıcısıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. Məhsulun istifadə olunacağı səthlər köhnə qalıqlardan təmizlənməlidir. Səth düzgün və hamar olmalıdır. Əgər səthdə boşluqlar varsa, məcun ilə doldurulmalıdır.

Tətbiqi. Məhsul istifadədən qabaq yaxşıca qarışdırılmalıdır. Məhsulu dişli mala ilə səthə çəkmək lazımdır. Kafel olçüləri 10smX10sm-dən böyük olarsa, məhsulu həm səthə, həm də kafelin arxasına vurmaq lazımdır.

Tövsiyələr. İşlər bitdikdən sonra avadanlıqlar bol su ilə yuyulmalıdır. Məhsulun qapağı möhkəm bağlanmalıdır. Məhsulu vurduqdan sonra ən azı 10 gün su ilə təmasdan qorumaq lazımdır.

Texniki göstəricilər

Rəngi: ağ rəngli pasta
Tərkibi akrilik əsaslı
Yapışma müqaviməti ≥ 0,5 N/mm²
Sərfiyyatı 2–2,5 kq/m² (səthə görə dəyişir)
Aralıq doldurma vaxtı: 24–48 saatdan sonra
Qablaşdırma 10 və 25 kq-lıq plastik vedrələrdə

Saxlama müddəti və qaydası

Sərfiyyatı təxminən 2-2,5 kq/m2 təşkil edir.(Səthə görə dəyişir)

Saxlama müddəti və qaydası

Ağzı açılmamış qablarda, sərin və quru yerdə 12 ay saxlanıla bilər