az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

FASNATURAL 500 ÜZLÜK PLİTƏ VƏ PADUQALARIN HAZIRLANILMASI ÜÇÜN MATERİAL

FASNATURAL 500 ÜZLÜK PLİTƏ VƏ PADUQALARIN HAZIRLANILMASI ÜÇÜN MATERİAL

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

FASNATURAL 500 məhsulu quru və maye tərkibli (komponent A və komponent B) olmaqla iki komponentlidir.
Quru qarışıq. Əhəngdaşı əsaslı, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı yüksək möhkəmliyə malik, fasadda üzlük plitələrin, paduqa və bəzək məmulatlarının hazırlanması üçün istifadə olunan quru qarışıqdır.
Maye tərkibi. Akrilik əsaslı emulsiya polimeridir. TŞ AZ 150028866-006-2022 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • izolyasiya lövhələrinin üzərinə xüsusi avadanlıqla avtomatik üsulla çəkməklə üzlük fasad lövhələrinin, fasad karnizlərinin, sütun detallarının, payandaların, kilid daşlarının, şəbəkə və ornamentlərin, hasar karnizi və şapkaların, qapı və pəncərə haşiyələrinin hazırlanmasında istifadə olunur.

Üstünlükləri

  • Ağlay daşını əvəz edir;
  • Su hopmur;
  • Şaxtada çatlamır;
  • Binalarda fasadın yükünü 11 dəfəyə kimi azaldır;
  • Daha ucuz başa gəlir;
  • Təmir işləri daha tez başa gəlir;
  • Yanmır, odadavamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması.Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin düz səviyyədə və möhkəm olmasına diqqət edilməlidir. FASNATURAL 500 tətbiq olunmazdan öncə tələb olunan dekorasiyaya uyğun istilik izolyasiya bloklarından və ya daş yunundan üzlük lövhələr və paduqalar hazırlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq-lıq FASNATURAL 500 quru qarışığı (Komponent A) 7 L mayenin (Komponent B) üzərinə ehmalca boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır. Hazırlanan qarışıq 45 dəqiqə ərzində istifadə olunmalıdır.

Tətbiqi. Hazırlanmış FASNATURAL 500 qarışığı xüsusi avadanlıqla avtomatik olaraq istilik izolyasiya bloklarından kəsilib hazırlanmış üzlük lövhələrin, paduqaların və ya hazır daş yunu lövhələrinin üzərinə çəkilir və hazırlanır. Üzərinə FASNATURAL 500 qarışığı çəkilmiş lövhələr və paduqalar quruyana kimi saxlanılır (minimum 7 gün) və quruduqdan sonra öncədən hazırlanmış səthə PENOFLEX 5 yapışdırıcısı və ya digər oxşar məhsul ilə yapışdırılır. Lövhələrin bir-biri ilə birləşdiyi aralıqlar FASNATURAL 500 qarışığı ilə doldurulur. İş bitdikdən sonra səthdə cilalanma işi aparılır. FASNATURAL 500 məhsulunun çəkilməsi və cilalanması həm avtomatik, həm də mFASNATURAL 500 məhsulunun istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır.

Texniki xüsusiyyətləri

Rəngi
  • Komponent A
  • Komponent B
bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində)
İstifadə temperaturu +5°C ÷ +30°C
Maye/quru qarışıq 7 litr maye/25 kq quru qarışıq
İstifadə müddəti: 80 dəqiqə
Örtüyün qalınlığı 3-10 mm
Sıxılmada möhkəmlik həddi:
  • havada quru halda, az olmamalı
  • su hopdurulmuş halda, az olmamalı
10,0 MPa az olmamalı
7,0 Mpa az olmamalı
Şaxtayadavamlılıq markası F 25-dən az olmamalı
Qablaşdırma Quru qarışıq: 3 qatı kraft kağızı, 1 qatı polietilindən ibarət olan 25 kq-lıq kisə
Maye qarışıq: 7 l-lik plastik bidonlar

Sərfiyyat

Lövhə, paduqa və bəzək məmulatlarının dizaynından və ölçülərindən asılı olaraq FASNATURAL 500 qarışığının sərfiyyatı dəyişkəndir. Üzlük plitələrin 1 m2 səthinə 1 mm qalınlığında 1,6 kq FASNATURAL 500 qarışığı sərf olunur.

Saxlama müddəti və qaydası

Quru qarışıq açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 11 ədəd kisə olmaqla, maye tərkibli komponent isə plastik bidonlarda üst-üstə 3 cərgə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • FasNatural 400 qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Мətanət А" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!