az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MATANAT A" Granite White Mərmər-qranit yapışdırıcısı (ağ)

"MATANAT A" Granite White Mərmər-qranit yapışdırıcısı (ağ)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyalı, birkomponentli, ağ rəngli mərmər-qranit yapışdırıcısıdır. EN 12004-1 standartının C2TE sinfinin tələblərinə uyğundur.

İstifadə sahələri

Bu mərmər-qranit yapışdırıcısı:

  • daxili və xarici məkanlarda;
  • çox sayda piyada və yük maşınlarının hərəkət etdiyi ticarət mərkəzlərində;
  • xəstəxana, məktəb və digər iş yerlərində;
  • mərmər, qranit və digər üzlük plitələrin beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • Rahat hazırlanır və tətbiq olunur;
  • Yuxarıdan aşağıya doğru keramika və digər üzlük plitələri, həmçinin köhnə mərmər və qranitləri qoparmadan üzərinə hər növ üzlük materialları asanlıqla yapışdırır;
  • İstiyə və şaxtaya davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth ROKOL BİNDER Astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq-lıq tozşəkilli qarışığı ehmalca 6,0 - 6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3 - 5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulunun (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) tətbiq edilməsi tövsiyə olunur.

Plitənin yapışdırılma müddətini səthin üzərinə çəkilmiş qarışığa barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, plitələri səthə yapışdırmaq olar. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu siyirib atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.

Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.

Tövsiyələr. Matanat A Granite White istifadə olunarkən mühitin temperaturu +5º C-dən aşağı və +30º C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30º C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan üzlük plitələr istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi
İstifadə temperaturu +5º C - +30º C
Su/quru qarışıq 2,4–2,6 litr su / 10 kq quru qarışıq
6,0–6,5 litr su / 25 kq quru qarışıq
Qarışdırıldıqdan sonra gözləmə müddəti 3–5 dəqiqə
İstifadə müddəti 2 saat
Aralıq doldurma işinə başlama vaxtı:
• divarda
• döşəmədə
24 saatdan sonra
48 saatdan sonra
Qablaşdırma 2 və ya 3 qat kraft kağızı və 1 qat polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

 EN 12004-1 standartının tələblərinə uyğun olaraqTest nəticələri
Qabıq bağlama müddəti ≥30 dəqiqə 30–40 dəqiqə
Sürüşmə <0,5 mm 0
Qopma müqaviməti >1 N/mm² 1,5–2 N/mm²

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plitələrin ölçülərinə uyğun sahəsiDaraqlı malanın təsviri və dişlərinin ölçüləri, mmYapışdırıcının yayılma qalınlığı, mm
25 sm² 3 mm 1–2
25–100 sm² 4 mm 2–3
100–600 sm² 6 mm 3–4
600–1800 sm² 8 mm 4–5
1800–7200 sm² 10 mm 5–6

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m²-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

Matanat A Granite White (ağ) (kq)1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m²)Qarışdırılacaq suyun miqdarı (litrə) 25 kq üçünDaraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m²)
   3 mm4 mm6 mm8 mm10 mm
25 1,28 6–6,5 1,3 kq 2,6 kq 3,9 kq 5,1 kq 6,4 kq

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, üst-üstə maksimum 11 sıra olmaqla 12 ay saxlanıla bilər.