az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

İnovex roof dam lövhəsi

İnovex roof dam lövhəsi

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

İnovex roof arxa səthi xüsusi torla möhkəmləndirilmiş su keçirməz, yanğına və kifə qarşı dayanıqlı, elastiki və yüksək müqavimətli dam lövhəsidi. Taxta, OSB vədigər bu kimi materialların əvəzinə İnovex dam roof örtüyündən istifadə etməklədaha yüksək nəticə əldə etmək olar.İnovex roof dam örtüklərinin yanğına davamlılığını artırmaq üçün unikal həll yoludur.

İstifadə sahələri

  • Tikililər, OSB və s. kimi damaltı taxta materialların yerinə istifadə olunur;
  • A1 sinifindən olan odadavamlı inoveX roof dam üçün unikal həll yoludur;
  • inoveX roof yüksək istilik izolyasiyası tələb olunan damlarda güvənlə istifadə olunur;
  • Damlarda istifadə olunan inoveX roof OSB-dən daha az karbon emissiyası buraxır;
  • inoveX roof elastik olduğundan qövsvari damlarda rahat istifadə olunur;
  • Bütün növ dam örtüklərinin altında istifadə olunur;
  • Yüngül poladdan hazırlanmış konstruksiyalarda istifadə olunur.

Üstünlükləri

  • İnovex roof kif əmələ gətirmir;
  • İnovex roof həm bitişik binaların damlarında baş verə biləcək yanğının qonşu dam örtüyünə keçməsindən qoruyur, həm də yanğının dam daxilində yayılmasından, eləcə də konstruksiyanı yanğından qoruyur və bununla da yanğın təhlükəsizliyini təmin edir.
  • İnovex roof A1 sinfindən olan odadavamlı material olduğu üçün sənaye binaları və anbarlar kimi yanğın riski olan konstruksiyalar üçün əvəzolunmaz dam lövhəsidir. İnovex roof yanmayandır və konstruksiyanı daha uzun müddət yanğından qoruyur.
  • İnovex roof-u kəsmək üçün maket bıçağı istifadə edilə bilər. Bu, prosesi daha da sürətləndirir.
  • Yağış və qarın altında, dam örtüyü vurulana qədər (12 ay ərzində) açıq hava şəraitində qala bilər.

İstifadə qaydaları

  • Ənənəvi dam tikinti və təmir işlərində inovex roof damın alt konstruksiyasındakı daşıyıcı elementlərə (balka, poqon və s.) bərkidilir və üzərinə vurulacaq dam örtüyü üçün hamar və qarantılı alt səth təmin edir.
  • 15 mm qalınlığında olan inovex roof üçün yükdaşıyıcı sistemin ox məsafələri 40 sm-dir. Üzərinə örtüləcək örtük materialı səthə düşəcək qar və s. yüklərə görə mühəndislər tərəfindən aparılan hesablamalara əsasən maksimum 61 sm ox aralığında bərkidilməlidir.
  • Lövhənin vurulacağı yükdaşıyıcı elementlər arasındakı məsafə 15 mm qalınlığında olan inovex roof üçün uzun tərəfi istiqamətində 61 sm-dən çox olmamalıdır. Bu halda, inovex roof-un uzun tərəfi balkalara perpendikulyar şəkildə bərkidilməlidir.
  • İnovex roof kənarları bir-birinə yaxınlaşdırılaraq yükdaşıyıcı elementlərə elə bərkidilir ki, aralarında boşluq qalmasın.
  • Yükdaşıyıcı elementlərə bərkidilməmiş inovex roof-un üzərində gəzmək olmaz.
  • Kirəmit döşənərkən istifadə olunan lövhələr yükdaşıyıcı sistemə bərkidilməlidir.
  • Daha yüksək istilik izolyasiyası tələb olunan damlar üçün lövhələr arasında müvafiq qalınlıqda mineral daş yunu yerləşdirilir və dam örtük materialı ilə tamamlanır.

Texniki göstəricilər

Uzunluq 1830 mm
Eni 1200 mm
Orta çəki 13.5 kq / m²
Sıxlıq ≤ 900 kq / m³
Şurupun dartma müqaviməti (ASTM C177-yə uyğun olaraq) > 400 N
Sıxılma gücü 8 Mpa
Bükülmə zamanı qırılma yükü (paralel) > 1000 N
Bükülmə zamanı qırılma yükü (perpendikulyar) > 1000 N
Səth suyunun udulması ≤ 100 qr / m2 (TS EN 520-yə uyğun olaraq)
Ümumi su udulması (Çəki) ≤ 5 % TS EN 15283-1, H1-ə uyğun
Bükülmə diametri 3 m
Kifə qarşı müqavimət 10 ˚ (ASTM D 3273-ə uyğun olaraq)
Su buxarının keçiriciliyi əmsalı 10 kq (m×s×Pa)
İstilik keçiriciliyi əmsalı 0.25 W / m.K
Kənar növü KK (kvadrat kənar)
Yanğın sinfi A1: TS EN 13501-1-ə uyğun olaraq yanmayan tikinti materialı
Mövcud standart / TS EN 15283-1+A1 GM-FH1R

L / 150 üzrə maksimum paylanmış yüklər (kq / m2)

L (cm) Daşıyıcı sistem (balka, poqon) ox aralığı, L (sm)
30 35 40 45 50 55 61
İnovex roof 15 mm (kq / m²) 1440 907 608 427 311 234 180

Qablaşdırma

Qalınlıq 12,5 mm 15 mm
Paletdəki lövhələrin sayı 50 ədəd / palet 40 ədəd / palet

Sərfiyyat

Sərfiyyatı dizayndan asılı olaraq dəyişkəndir.

Saxlama müddəti və qaydası

Saxlama qaydasına riayət edilməklə qapalı və quru yerlərdə saxlanılmalıdır.

İSTİFADƏ OLUNAN PROFİL, AKSESUAR VƏ ALƏTLƏR

DU 50-75-100 profili 38x38 mm İnovex Quru Divar Sistemində döşəməyə və tavana bərkidilərək fasad üçün quru divar sisteminin hazırlanmasında istifadə edilən 100 q/m² sinklənmiş İnovex DU profillərdir.
İnovex DCC 50-75-100 fasad profili 45x30 mm İnovex DCC profili İnovex Quru Divar Sisteminin hazırlanmasında istifadə edilən, 0,9 mm divar qalınlığına malik 275 q/m² sinklənmiş İnovex DC profillərdir.
İnovex DC 50-75-100 profili 53x42 mm İnovex Quru Divar Sistemində istifadə edilən, 0,6 mm qalınlıqda, 100 q/m² sinklənmiş İnovex DC profillərdir. İki qat Çöl Divar Sistemlərində karkasın daxilinə yerləşdirilir.
İnovex Omeqa profili 26x25x26 mm İki DC profilini bir-birinə bərkidilməsi üçün istifadə olunan 0,5 mm qalınlığında 100 q/m² sink örtüklü omeqa profillərdir.
Səs izolyasiya lenti 50-75-100 Fasad divar inşaatında sinklənmiş polad profillərinin altına yapışdırılır. 50, 75 və 100 mm enində, yapışqanlı səs izolyasiya lenti səs və istilik effektivliyini artırır.
Birləşmə yerləri üçün lent İnovex-in səthi üzərinə birləşmə yerləri üçün qələvi müqavimətinə malik lentdir.
Başlanğıc profili PVC əsaslı başlanğıc profili İnovex ilə yerin əlaqəsini kəsmək üçün tətbiq edilir.
Mineral daş yunu İstilik, səs və yanğın izolyasiyasını artırmaq üçün arzu edilən qalınlıqda istifadə edilir.
Yumşaq itiuclu şurup BB 38 İnovex lövhələrinin 0,7 mm divar qalınlığına qədər olan profillərə bərkidilməsi üçün istifadə edilən, korroziyaya davamlı, xüsusi hazırlanmış şurupdur.
Sərt itiuclu şurup BM 30 İnovex lövhələrinin 2 mm divar qalınlığına qədər olan profillərə bərkidilməsində istifadə edilən, korroziyaya davamlı xüsusi hazırlanmış şurupdur.
Qapaqlı şurup BS 30 İki metalın bir-birinə və CT divar profillərinin braketlərə bərkidilməsində istifadə edilən xüsusi şurupdur.
5x50 şurup və 8mm plastik dubel Sinklənmiş profilləri döşəməyə, tavana və divara bərkitmək üçün istifadə edilən plastik dubel və düz başlıqlı şurup dəstidir.
İtiuclu şurup BV 38 Daxilə baxan hissədəki GKL lövhələrin inovex üzərindən 0,7 mm divar qalınlığına qədər olan profillərə bərkidilməsində istifadə edilən şurupdur.
Dəmir kəsən qayçı İkiqat çöl divar sistemində istifadə olunan bütün şurupları bağlamaq üçündür.
Drel - şurup bağlayan İkiqat çöl divar sistemində istifadə olunan bütün şurupları bağlamaq üçündür.