az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL Sendviç Panel Lövhəsi, Daş Yunu

AZWOOL Sendviç Panel Lövhəsi, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

AZWOOL sendviç panel lövhəsi – sendviç panel istehsalı üçün istilik, səs və yanğın təhlükəsizliyi məqsədilə hazırlanmış və tələblərə uyğun olaraq xüsusi ölçülərdə istehsal edilən lövhələrdir.

 

İstifadə sahələri

Bu məhsuldan:

• sendviç panellərin iç izolyasiya qatında;
• prefabrik və modul konstruksiyalarda istilik və səs izolyasiyasında;
• tavan, arakəsmə və divar panellərində izolyasiya təbəqəsi kimi;
• soyuducu otaqların və anbarların izolyasiya sistemlərində;
• sənaye və inzibati obyektlərin yüngül metal örtüklərində istifadə olunur.

 

Üstünlükləri

• Yüksək istilik və səs izolyasiya qabiliyyətinə malikdir;
• Yüngül çəkisi sayəsində konstruksiyaya əlavə yük yaratmır;
• Yanğına davamlıdır (A1 sinfi – yanmaz material);
• Asan və sürətli montaj olunur;
• Formasını və funksiyasını uzun müddət qoruyur;
• Rütubətə, küf və korroziyaya qarşı dayanıqlıdır;
• Ekoloji və insan sağlamlığı baxımından təhlükəsizdir.

 

İstifadə qaydaları


Səthin hazırlanması. AZWOOL Sendviç Panel Lövhəsinin istifadəsinə başlamazdan əvvəl
səthin tamamilə təmiz, quru və tozsuz olması vacibdir.

Tətbiqi. Lövhələr tələb olunan ölçülərə uyğun kəsilir və tətbiq olunacaq səthə bərabər və
sıx şəkildə yerləşdirilir. Montaj zamanı lövhələr arasında boşluq saxlanılmamalıdır. Lövhələr
xüsusi yapışqan, vida və ya digər mexaniki bərkidici vasitələrlə möhkəm bərkidilir. Tətbiq
zamanı kəsiklərdə və birləşmə yerlərində izolyasiya bandı ilə möhürləmə aparılmalıdır ki,
istilik və səs itkisinin qarşısı alınsın. İş zamanı fərdi qoruyucu vasitələrdən istifadə etmək və
təhlükəsizlik qaydalarına əməl etmək zəruridir.

 

Texniki göstəricilər


Sıxlıq, kq/m3 90 | 100 | 110
Uzunluq, mm İstifadəçinin tələbinə uyğun
Eni, mm 1000 - 1200
İstilik keçiricilik, Vt/mK max 0,037
Qalınlıq, mm 70 | 80 | 100 | 120 | 140 | 150
Yanğına qarşı davamlılıq A1 sinifli
Qısa müddətli su udma, kq/m² ≤1
Uzun müddətli su udma, kq/m² ≤3

 

Sərfiyyat

Ölçü: 600 × 1200 mm (1 ədəd = 0.72 m²).
Orta sərfiyyat: 1 m² üçün 1.4 lövhə.
Ehtiyat payı: 5–10% əlavə material tövsiyə olunur.

 

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.