az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

FASMATİK SEMENT VƏ ƏHƏNG ƏSASLI FASAD ƏL SUVAĞI

FASMATİK SEMENT VƏ ƏHƏNG ƏSASLI FASAD ƏL SUVAĞI

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

Bu məhsul sement və əhəng əsaslı, yüksək hidravlikli, birkomponentli, şaxtaya, suya və xarici təsirlərə qarşı davamlı, möhkəm, quruduqdan sonra çat verməyən xarici və daxili məkanlarda rahat istifadə oluna bilən yüngül qarışıqdır. ГОСТ 28013-98 standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  •  inşaat sektorunun müxtəlif sahələrində, binaların daxili və xarici səthlərində kərpic, mişar daşı, beton, yığma beton, qaz-beton və digər növ daşlardan hörülmüş divarların suvanmasında, hörülməsində (qaz-beton istisnadır) və döşəmələrdə hamar səthin (cтя́жка) yaradılmasında istifadə olunur.

Üstünlükləri

  • İstifadəyə hazırdır;
  • İstifadəsi rahatdır;
  • Tikililərin yükünü adi qara suvaqla müqayisədə 15%-ə kimi azaldır;
  • Yerə tökülmür;
  • Antibakterialdır;
  • Səth çatlamır və duzlaşma olmur;
  • Suvağın müqaviməti stabil olur;
  • Rahat daşınır və xərclərə qənaət edir;
  • Yüksək bağlayıcılıq xüsusiyyətinə malikdir;
  • Ultrabənövşəyi şualara və şaxtaya qarşı dayanıqlıdır;
  • Yağışa, rütubətə və nəmə qarşı son dərəcə dayanıqlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. İstifadə olunacaq səth əvvəlcədən mütləq nəmləndirilməli və ya ROKOL Binder Astarla və ya standartlara uyğun istehsal edilmiş digər məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması Birinci üsul: Bir kisə 40 kq-lıq FASMATİK əhəngli suvaq məhsulunu yavaş-yavaş 5,7-6 litr təmiz suyun üzərinə əlavə edin. Qarışığı mala və ya zəif dövriyyəli qarışdırıcı ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırın. Qarışdırdıqdan sonra 3 dəqiqə gözləyin və istifadədən əvvəl yenidən qarışdırın. İkinci üsul: Tələb olunan miqdarda Fasmatik əhəngli suvaq məhsulunu yerə boşaldın. Üzərinə təyinata uyğun miqdarda su əlavə edin. Yerə boşaldılmış məhsul suyu özünə çəkdikdən sonra çalo ilə eynicinsli qarışıq olana kimi qarışdırın.

Tətbiqi:  Hazır qarışıq səthə 8-100 mm qalınlığında polad mala ilə vurulur, xüsusi mastarla (alüminium profil aləti) mastarlanır və qarışığın artıq hissəsi sıyrılıb götürülür. Tətbiq olunmuş suvaqda ilkin bərkimə yaranandan sonra səth su ilə nəmləndirilməklə mala sürtgəc vasitəsilə hamarlanır. Əgər səth 35 mm-dən çox qalınlıqda suvaq tələb edirsə, onda həmin səthə suvaq qarışığını 2 mərhələdə çəkmək lazımdır. Hazırlanan qarışıq 120 dəqiqə ərzində işlədilməlidir.

Tövsiyələr: Fasmatik əhəngli suvaq məhsulu istifadə olunarkən mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarı olarsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən yuxarı) və güclü küləkli havalarda və 24 saat ərzində donma təhlükəsi olan səthlərdə istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş məhsuldan istifadə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir

Texniki göstəricilər

Rəngi boz
İstifadə temperaturu +5°C ÷ +30°C
Su/ quru qarışıq 19-20 litr su/100 kq suvaq
İstifadə müddəti 120 dəqiqə
Tam quruma müddəti 48 saatdan sonra
Səthə çəkilmə qalınlığı
  • minimum
  • maksimum
8 mm
100 mm
İstifadəyə hazır məhlulun sıxlığı 2100 kq/m3
Quruyandan sonra məhlulun sıxlığı 1800 kq/m3
Möhkəmlik həddi:
  • əyilmədə
  • sıxılmada
≥ 2 N/mm2
≥ 5 N/mm2
Qablaşdırma 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietiləndən ibarət 40 kq-lıq kisələrdə

Qeyd: yuxarıdakı göstəricilər +23°C±2°C temperatur və 50% ±5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə edilib. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Sərfiyyat

8-10 mm qalınlığında, 1 m2 səthin suvanmasına 14-18 kq Fasmatik əhəngli suvaq məhsulu sərf olunur. 40 kq-lıq Fasmatik əhəngli suvaq məhsulu təxminən 3 m2 səthin suvanmasına kifayət edir.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 5 ədəd olmaqla istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

Açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 11 ədəd olmaqla 12 ay saxlanıla bilər. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitində bir həftə ərzində istifadə edilməlidir.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!