az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

"MATANAT A" Flex White, Elastik, Yüksək performanslı plitə yapışdırıcısı (ağ)

"MATANAT A" Flex White, Elastik, Yüksək performanslı plitə yapışdırıcısı (ağ)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, ani temperatur dəyişilməsinə davamlı, Nano texnologiyalı, birkomponentli, ağ rəngli, elastik, yüksək performanslı plitə yapışdırıcıdır. EN 12004-1 standartının C2TE S1 sinfinin tələblərinə uyğundur.

İstifadə sahələri

Bu plitə yapışdırıcısı:

  • ani temperatur dəyişikliklərinin (donma-ərimə) olduğu yerlərdə;
  • soyuq hava anbarlarında və buzxanalarda;
  • sobaların fasadında;
  • aşağıdan isidilən sistemlərdə;
  • terraslarda və bağçaların tərtibatında;
  • beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə döşəmə və divar keramikaları, kotto, mərmər, qranit, odadavamlı kərpic, dekorativ kərpic kimi üzlük materialların yapışdırılmasında;
  • keramikanın üstündən keramika yapışdırılmasında;
  • şaquli və üfüqi səthlərdə yuxarıdan aşağıya doğru keramika və digər üzlük materialların yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • Rahat hazırlanır və tətbiq olunur;
  • Ani temperatur dəyişikliklərinin (donma ərimə) olduğu yerlərdə asanlıqla tətbiq olunur;
  • Yüksək və aşağı temperatura davamlı soba və buzxanalarda əvəzolunmaz yapışdırıcıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, bir gün əvvəl Filkret təmir qarışığı və ya oxşar məhsulla doldurulmalıdır. Tətbiq olunacaq səth əvvəlcədən nəmləndirilməli, ROKOL Binder astar və ya digər məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq quru qarışığı ehmalca 6,0 - 6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Temperatur dəyişikliklərinin yüksək olduğu yerlərdə iri ölçülü plitələrin yapışdırılmasında kombinləşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə edin. Plitənin yapışdırılma müddətini səthin üzərinə çəkilmiş qarışığa barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, o zaman plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. Matanat A Flex White plitə yapışdırıcısı (ağ) istifadə olunarkən mühitin temperaturu +5ºC-dən aşağı və +30ºC-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30ºC-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramikalar istifadədən önc su ilə doydurulmalıdır.

Texniki göstəricilər

Rəngi
İstifadə temperaturu +5º C - +30º C
Su/quru qarışıq 2,4–2,6 litr su / 10 kq quru qarışıq
6,0–6,5 litr su / 25 kq quru qarışıq
Qarışdırıldıqdan sonra gözləmə müddəti 3–5 dəqiqə
İstifadə müddəti 2 saat
Aralıq doldurma işinə başlama vaxtı:
• divarda
• döşəmədə
24 saatdan sonra
48 saatdan sonra
Qablaşdırma 2 və ya 3 qatlı kraft kağızı və 1 qatlı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

 EN 12004-1 standartının tələblərinə uyğun olaraqTest nəticələri
Qabıq bağlama müddəti ≥30 dəqiqə 30–40 dəqiqə
Sürüşmə <0,5 mm 0
Qopma müqaviməti >1 N/mm² 1,5–2 N/mm²

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plitələrin ölçülərinə uyğun sahəsiDaraqlı malanın dişlərinin ölçüləri, mmYapışdırıcının yayılma qalınlığı, mm
<25 sm² 3 mm 1–2
25–100 sm² 4 mm 2–3
100–600 sm² 6 mm 3–4
600–1800 sm² 8 mm 4–5
1800–7200 sm² 10 mm 5–6

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m²-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

Matanat A Flex White (ağ) (kq) 1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m²) Qarışdırılacaq suyun miqdarı (litrə) 25 kq üçün Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m²)
3 mm4 mm6 mm8 mm10 mm
25 1,28 6–6,5 1,3 kq 2,6 kq 3,9 kq 5,1 kq 6,4 kq

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, üst-üstə maksimum 11 sıra olmaqla 12 ay saxlanıla bilər