az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

ROKOL Akrilik Fasad Məcunu

ROKOL Akrilik Fasad Məcunu

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

Akrilik kopolimer əsaslı, daxili səthlərdə və fasadlarda istifadə olunan hazır məcundur.

İstifadə sahələri

Bu məhsuldan:
• daxili səthlərdə və fasadların beton, suvaq və s. bu kimi səthlərin düzəldilməsində;
• səthdəki çatların doldurulmasında istifadə olunur.

Üstünlükləri

• Üstündən çəkiləcək boya üçün möhkəm əsas əmələ gətirir və boyaya qənaət etməyə imkan verir;
• Xarici təsirlərə qarşı davamlı, ətraf mühitə ziyan verməyən, qoxusuz, istifadəyə hazır məcundur;
• Binaların daxilində və fasadında divar səthlərinə rahat və asanlıqla tətbiq olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səth möhkəm, quru və təmiz olmalıdır.
Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməlidir. İstifadə etməmişdən əvvəl ROKOL Binder Astar və ya digər oxşar məhsulla astarlanmalıdır.

Tətbiqi. Məhsul istifadəyə hazırdır. Mala, şpatel və ya püskürtmə aparatı ilə səthə
çəkilir. Qatlar arasında 4-6 saat gözləməklə, istənilən səth düzgünlüyü əldə etmək üçün 2-3 qat olmaqla tətbiq oluna bilər. Tətbiq ediləcək səthlərin və mühitin temperaturunun +5°C ilə +30°C arasında olmasına
diqqət edilməlidir. Tək qatda 1 mm-dən artıq tətbiq etmək olmaz.

 

Texniki göstəricilər

Tərkibi: Akrilik kopolimer
Rəng:
Tam quruma müddəti 3-5 saat
Qablaşdırma: 10 və 25 kq-lıq plastik qablarda

Saxlama müddəti və qaydası

Açılmamış qablarda, sərin və quru şəraitdə, günəşdən qorunmaqla, +10°C və +30°C arası temperaturda 3 il saxlanıla bilər.