az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

AZWOOL facade 90 Fasad lövhəsi- Xarici Məkanlar üçün istilik və səs izolyasiyası, Daş Yunu

AZWOOL facade 90 Fasad lövhəsi- Xarici Məkanlar üçün istilik və səs izolyasiyası, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

AZWOOL facade 90 fasad lövhəsi - bazalt əsaslı daş yunundan hazırlanan istilik və səs izolyasiya lövhəsidir.

İstifadə sahələri

Bu məhsuldan:
• çoxmərtəbəli yaşayış və ictimai binaların
fasadlarında;
• yüngül konstruksiyalı binaların istilik və

Üstünlükləri

• Yüksək istiliyi saxlama qabiliyyətinə malikdir;
• Buxarkeçiriciliyə malikdir;
• Qələvilik müqavimətinə malikdir.

 

İstifadə qaydaları

Səthin hazırlanması. Səth toz, kir, yağ ləkəsi və qalıq tikinti materiallarından tam təmizlənməlidir. Əgər divarda çatlar və ya çökmələr varsa, onlar təmir edilməlidir. Nəmli və ya yaş divar üzərinə montaj tövsiyə edilmir. Səth tam quru olmalıdır. Səth maksimum 10 mm səviyyə fərqi ilə düz olmalıdır.

Tətbiqi. İstifadə ediləcək AZWOOL fasad lövhələrinin ölçüləri (məsələn: 50 mm qalınlıq, 600x1200 mm ölçü) divara uyğunlaşdırılmalıdır. Aşağıdan yuxa-rıya doğru montaj aparılmalıdır. Lövhələr şaxələnmiş şəkildə (kərpic düzülüşü prinsipi ilə) yerləşdirilməlidir. Lövhələr arasında boşluq buraxılmamalıdır. Lövhələr divara Penoflex 5 və ya oxşar məhsullarla yapışdırılmalı və mekaniki (dübellərlə) bərkidilməlidir. Hər lövhə yə ən azı 5–6 dübel istifadə olunması tövsiyə olunur (kənarlara və ortaya). Dübellər metal və ya plastik ola bilər, lakin mühitə uyğun seçilməlidir (məsələn: külək çoxdursa, metal dübel). Lövhə üzərinə Penoflex 8 suvaq məhsulu və ya digər oxşar məhsul vurulur, üzərinə suvaq toru vurulur, sonra ikinci qat suvaq çəkilir.

Texniki göstəricilər

İstilik keçiricilik Vt/mK, 0,039/0,040/
0,035/0,035
10% deformasiyada sıxılmaya qarşı davamlılıq, Kpa <15
Üzvü maddələrin tərkibi, %, <3,5
Qısa müddət ərzində (24 saat) suyun hopması kq/m2 <1
Uzun müddət ərzində (28 gün) suyun hopması kq/m2 <3
Yanğına qarşı dayanıqlılıq A1 sinifli
Sıxlıq, kq/m3 90 (±10)
Uzunluq, mm 1200 1200
Eni, mm 600 600
Qalınlıq, mm 50 100
Lövhələrin qablaşdırmada miqdarı, əd. 6 3
Qablaşdırmada miqdarı, m2 4,320 2,160
Qablaşdırmada miqdarı, m3 0,216 0,216

Sərfiyyat

Lövhə ölçüsü: 1200 × 600 mm — 1 lövhə 0,72 m² sahəni örtür.

Sərfiyyat: 1,4 lövhə/m².

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.