az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

Şpak-F Üzlük

Şpak-F Üzlük

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

Əhəngdaşı əsaslı, birkomponentli, fasad və daxili məkanlar üçün nəzərdə tutulmuş ağ rəngli üzlük suvaq məhsuludur.

İstifadə sahələri

Bu məhsuldan:

  • xarici və daxili məkanlarda şaquli səthlərdə;
  • səthlərdəki dəliklərin, çuxurların və çatların təmirində;
  • sement əsaslı suvaq ilə suvanmış səthlərdə;
  • XPS (sıxlaşdırılmış polistren köpüyü), EPS (genişləndirilmiş polistren köpüyü), daş yunu (preslənmiş mineral pambıq tavalar) və poliuretan tavalarla üzlənmiş səthlərdə istifadə olunur.

Üstünlükləri

  • yüksək bağlayıcılıq xüsusiyyətinə malikdir;
  • ultrabənövşəyi şualara və şaxtaya qarşı dayanıqlıdır;
  • elastik olduğundan divarda çatlar yaranmır;
  • yağışa, rütubətə və nəmə qarşı son dərəcə dayanıqlıdır;
  • boya görünüşünü uzun müddət qoruyub saxlayır;
  • ekoloji cəhətdən təmizdir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth təmiz, sağlam və nəmli olmalıdır. Səthdə 3 mm-dən dərin çatlar və qüsurlar olduqda Şpak-F üzlük tətbiq olunmazdan ən azı 72 saat əvvəl MATON təmir qarışığı və ya digər oxşar məhsulla təmir edilməlidir. İstifadədən əvvəl səth mütləq nəmləndirilməli və ROKOL Binder Astar və ya digər oxşar məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması. Bir kisə 20 kq-lıq Şpak-F məhsulunu yavaş-yavaş 7,5-8,0 l təmiz suyun üzərinə əlavə edin. Qarışığı mala və ya zəif dövriyyəli əl qarışdırıcısı ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırın. Qarışdırdıqdan sonra 3 dəqiqə gözləyin və istifadədən əvvəl yenidən qarışdırın.

Tətbiqi. Polad mala ilə bütün səthə eyni qalınlıqda vurun. Birdən artıq qat vurulduqda qatlar arasında 2-3 saat fasilə verməli, ümumi qalınlıq 3 mm-dən artıq olmamalıdır. Hazırlanmış qarışıq maksimum 4 saat ərzində istifadə olunmalıdır. İstifadə müddəti keçmiş qarışıqdan istifadə edilməməlidir.

Şpak-F su ilə qarışdırıldıqdan sonra gözləmə müddətinə mütləq riayət edilməli, istifadədən əvvəl təkrar qarışdırılmalıdır. Hazırlanan qarışığın içərisinə heç bir əlavə maddə (əhəng, sement, gips və s.) qatılmamalıdır. İstifadədən sonra səth 2-3 gün ərzində nəmləndirilməli, tam quruduqdan sonra səth cilalanmalıdır.

Tövsiyələr. Şpak-F istifadə olunarkən mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarı olarsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən yuxarı) və güclü küləkli havalarda və 24 saat ərzində donma təhlükəsi olan səthlərdə istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş məhsuldan istifadə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi
İstifadə temperaturu +5°C ÷ +30°C
Su/quru qarışığı 7,5-8,0 litr su/20 kq qarışığı
İstifadə müddəti: 3 saat
Səthə çəkilmə qalınlığı
  • minimum
  • maksimum
1,5 mm
3,0 mm
Tam bərkimə müddəti 24 saatdan sonra
Qablaşdırma 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietiləndən ibarət 20 kq-lıq kisələr

Bu göstəricilər +30°C istilik mühiti üçün qəbul olunur. Aşağı istilikdə müddət uzana, yuxarı istilikdə isə qısala bilər.

Sərfiyyat

Səthdən asılı olaraq 1 m2 səthdə 1,4 -1,6 kq (1 mm qalınlıq üçün) qarışıq sərf olunur

Saxlama müddəti və qaydası

Rütubətsiz və quru şəraitdə, taxta altlıqlar üzərində 11 cərgə olmaqla istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • Şpak-F qarışığının hazırlanmasında istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
  • qarışığa heç bir kimyəvi maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!