az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

AZWOOL facade 120 Fasad lövhəsi- Xarici Məkanlar üçün istilik və səs izolyasiyası, Daş Yunu

AZWOOL facade 120 Fasad lövhəsi- Xarici Məkanlar üçün istilik və səs izolyasiyası, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında 

AZWOOL facade 120 fasad lövhəsi - xarici məkan üçün istilik və səs izolasiyası məhsulu yüksək keyfiyyətli fasad izolyasiya materialıdır, enerji sərfiyyatını effektiv şəkildə azaldır və binaların istilik qorunmasını təmin edir. Bu məhsul davamlı və yüngül struktura malikdir, rütubətə və zərərli təsirlərə qarşı dayanıqlıdır. Quraşdırılması asan və sürətlidir, müxtəlif növ fasad sistemlərinə uyğundur.

İstifadə sahələri 

Bu məhsuldan:
• yüksək mərtəbəli binaların fasad izolyasiyasında istifadə olunur.

 

Üstünlükləri

• A1 Yanma sinfinə daxildir;
• Yüksək buxarkeçiriciliyinə malikdir;
• Tətbiqin hündürlüyü üzrə məhdudiyyət yoxdur;
• Qələvilərə qarşı müqavimətilidir.

 

İstifadə qaydaları

Səthin hazırlanması. Səth tam şəkildə toz, kir, yağ ləkələri və tikinti qalıqlarından təmizlənməlidir. Çat və ya qopmalar varsa, təmir olunmalı və səth hamarlanmalıdır. Səth tam quru və möhkəm olmalıdır – nəmli
səthlər izolyasiya keyfiyyətini azaldır. Divar səthindəki səviyyə fərqi 10 mm-dən çox olmamalıdır, çox nahamarlıq varsa düzləşdirilməlidir. Əsasən daşıyıcı qabiliyyəti yoxlanmalı, zəif sahələr aradan qaldırılmalıdır.
Tətbiqi. Lövhələr kərpic düzülüşü formasında yerləşdirilməlidir. Lövhələr aralarında boşluq qalmayacaq şəkildə divara montaj edilməlidir. Hər lövhə ən azı 5–6 fasad dübeli ilə bərkidilməlidir (4 künc + 1 orta). Quraşdırma zamanı istəyə əsasən yapışdırıcı və dübel kombinasiyası da istifadə oluna bilər. Lövhə üzərinə Penoflex 8 suvaq məhsulu və ya buna oxşar məhsul çəkilir, üzərinə suvaq toru vurulur, sonra ikinci qat suvaq çəkilir.

 

Texniki göstəricilər

İstilik keçiricilik Vt/mK, 0,036/0,037/
0,040/0,041
10% deformasiyada sıxılmaya qarşı davamlılıq, Kpa <30
Üzvü maddələrin tərkibi, % <4,5
Qısa müddət ərzində (24 saat) suyun hopması kq/m2 <1
Uzun müddət ərzində (28 gün) suyun hopması kq/m2 <3
Yanğına qarşı dayanıqlılıq A1 sinifli
Sıxlıq, kq/m3 120 (±10)
Uzunluq, mm 1200 1200 1200
Eni, mm 600 600 600
Qalınlıq, mm 50 100 150
Plitələrin qablaşdırmada miqdarı, əd. 6 3 2
Qablaşdırmada miqdarı, m2 4,320 2,160 1,440
Qablaşdırmada miqdarı, m3 0,216 0,216 0,216
Altlıqda miqdarı, qabl., əd. 32 32 32
Altlıqda miqdarı, m3 6,912 6,912 6,912

 Sərfiyyat

Lövhə ölçüsü: 1200 × 600 mm - bir lövhə 0,72 m² sahəni örtür.
Sərfiyyat: 1,39 lövhə/m².

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.