az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL Fasad Və Quru Divar Sistemi Lövhəsi, Daş Yunu

AZWOOL Fasad Və Quru Divar Sistemi Lövhəsi, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

AZWOOL fasad və quru divar sistemi lövhəsi - əsasən fasad, daxili divar arakəsmələri üçün istifadə olunur.

İstifadə sahələri

Bu məhsuldan:

  • hörgü üzərinə;
  • ikiqat divar sistemlərində;
  • imöhkəm divarların izolyasiyasında istifadə olunur;

Üstünlükləri

  • Enerjiyə qənaət edir;
  • Kimyəvi möhkəmdir;
  • Bioloji davamlıdır;
  • Yaxşı buxarkeçiriciliyə malikdir;
  • Ölçüləri stabildir;
  • Montajı asandır.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth quru və tozsuz olmalıdır. Ehtiyac varsa, səth astarlanmalıdır.

Tətbiqi. Quru divar sistemi və arakəsmələrdə istifadəsi: İstilik izolyasiyasını artırmaq üçün profillərin arasına aşağı sıxlığa malik mineral yunlar yerləşdirilir. Effektiv istilik izolyasiyası təmin etmək üçün boşluqların hamısında mineral yun səliqəli şəkildə yerləşdirilərək profillər arasındakı boşluqların hamısı doldurulur. Divarın bütün nöqtələrində effektiv istilik izolyasiyası təmin etmək üçün mineral yunun profillər arasında boşluq qalmayacaq şəkildə yerləşdirilməsinə diqqət edilməlidir.

Texniki göstəriciləri

İstilik keçiricilik, Wt/mK 0,035 / 0,036 / 0,038 / 0,039
10% deformasiyada sıxılmaya qarşı davamlılıq, KPa <8
Üzvi maddələrin tərkibi, % <2,5
Qısa müddət ərzində (24 saat) suyun hopması, kq/m² <1
Uzun müddət ərzində (28 gün) qismən batırmaqla suyun hopması, kq/m² <3
Yanğına qarşı dayanıqlılıq A1 sinifli
Sıxlıq, kq/m³ 65 (±5)
Uzunluq, mm 1200 1200 1200 1200
Eni, mm 600 600 600 600
Qalınlıq, mm 50 50 100 100
Qablaşdırmada miqdarı, əd. 8 12 6 4
Qablaşdırmada miqdarı, m² 5,760 8,640 4,320 2,880
Qablaşdırmada miqdarı, m³ 0,288 0,432 0,432 0,288

Sərfiyyat

1 m² izolyasiya üçün: 1.4 plitə/m² istifadə olunur.

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.