az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL Sənaye Şiltəsi, Daş Yunu

AZWOOL Sənaye Şiltəsi, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

AZWOOL Sənaye Şiltəsi - sənaye obyektlərində, proses avadanlıqlarında, istilik qazanlarında, baca izolyasiyalarında və iri diametrli borularda istilik, səs və yanğın izolyasiyası məqsədilə istifadə olunan daş yunu şiltəsidir.

 

İstifadə sahələri

Bu məhsuldan:

• sənaye obyektlərinin istilik və səs izolyasiyasında;
• istilik sistemləri, boru kəmərləri və qazanxanalarda izolyasiya təbəqəsi kimi;
• sənaye avadanlıqlarının səs-küyünün azaldılmasında;
• metal konstruksiyaların və anbarların daxili izolyasiyasında;
• kimya, neft-kimya və elektrik sənayesində istilik qoruyucu qat kimi istifadə olunur.

 

Üstünlükləri

• Yüksək istilik izolyasiyası ilə enerji itkisinin qarşısını alır;
• Səs-küyün effektiv azaldılmasını təmin edir;
• Yüngül və elastik quruluşu sayəsində montajı asandır;
• Yanğına davamlı və kimyəvi təsirlərə qarşı dayanıqlıdır;
• Rütubət və korroziyaya qarşı uzunmüddətli müqavimət göstərir;
• Sənaye şəraitində etibarlı və təhlükəsiz istifadə üçün uyğundur.

 

İstifadə qaydaları


Səthin hazırlanması. İstifadəyə başlamazdan əvvəl səthin təmiz, quru və tozsuz olduğundan
əmin olun.
Tətbiqi. Şiltə tələb olunan ölçülərə uyğun kəsilərək tətbiq sahəsinə bərabər şəkildə yerləşdirilir.
Montaj zamanı şiltə səthinə xüsusi yapışqan və ya mexaniki bərkidici vasitələrdən
istifadə edilməlidir. Bir-birinə birləşmə nöqtələrində boşluq buraxılmamalı, istilik və səs
izolyasiyasının effektivliyi üçün birləşmələr sızdırmazlıqla təmin olunmalıdır. Montaj zamanı
və sonrasında təhlükəsizlik tədbirlərinə riayət etmək vacibdir.

 

Texniki göstəricilər


Sıxlıq, kq/m3 40 | 50 | 60 | 70 | 80
Uzunluq, mm 3000 | 5000 | 8000
Eni, mm 600 | 1200
İstilik keçiricilik, Vt/mK max 0,037
Qalınlıq, mm 30 | 40 | 50 | 60 | 70 | 80 | 100 | 120 | 140 | 150
Yanğına qarşı davamlılıq A1 sinifli
Qısa müddətli su udma, kq/m² ≤1
Uzun müddətli su udma, kq/m² ≤3

 

Sərfiyyat

Ölçü: 1000 × 500 mm (1 şiltə = 0.5 m²).
Orta sərfiyyat: 1 m² sahə üçün 2 ədəd şiltə.
Ehtiyat payı: 5–10% əlavə material tövsiyə olunur.

 

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.