az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"Matanat A" Rapid tez tutan keramika yapışdırıcısı (boz)

"Matanat A" Rapid tez tutan keramika yapışdırıcısı (boz)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, geniş təyinatlı, Nano texnologiyalı, birkomponentli, boz rəngli, təcili yapışdırma xüsusiyyətli yapışdırıcıdır.

EN 12004-1 standartının C1FT sinfinin tələblərinə uyğundur

İstifadə sahələri

Bu keramika yapışdırıcısı:

  • daxili və xarici məkanlarda;
  • istifadəyə verilməsi bir gün ərzində nəzərdə tutulan məkanlarda beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə kiçik və orta ölçülü döşəmə və divar keramikalarını, təbii daşları, kotto və dekorativ üzlük kərpiclərini yapışdırmaq üçün istifadə olunur.

Üstünlükləri

  • Hazırlanması və tətbiqi çox sadədir;
  • Şaxtaya və istiyə davamlıdır;
  • Tez bərkiyir;
  • 4 -6 saatdan sonra aralıq doldurma işləri icra edilə bilər;
  • Tətbiq edildiyi yer bir gün ərzində istifadəyə verilə bilər.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya digər oxşar məhsulla doldurulmalıdır. Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndirilməli, ROKOL Binder astar və ya digər oxşar məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması
. 25 kq quru qarışığı ehmalca 5,0-5,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinləşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə olunması tövsiyə olunur. Plitənin yapışdırılma müddətini səthin üzərinə çəkilmiş qarışığa barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, o zaman plitələri səthə yapışdırmaq olar. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, o zaman onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.

Hazırlanan qarışıq 45 dəqiqə ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 4 saatdan, döşəmədə isə 6 saatdən sonra icra edilməlidir.

Tövsiyələr.Matanat A Rapid yapışdırıcısının istifadə olunduğu mühitin temperaturu +5°C-dən aşağı və 30°C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş Matanat A Rapid qarışığına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir. Matanat A Rapid sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi boz
İstifadə temperaturu +5° C - +30° C
Su/quru qarışıq 2,0–2,2 litr su / 10 kq quru qarışıq
5,0–5,5 litr su / 25 kq quru qarışıq
Qarışdırıldıqdan sonra gözləmə müddəti 3–5 dəqiqə
İstifadə müddəti 45 dəqiqə
Aralıq doldurma işinə başlama vaxtı:
• divarda
• döşəmədə
4 saatdan sonra
6 saatdan sonra
Qablaşdırma 2 və ya 3 qat kraft kağızı və 1 qatlı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

 EN 12004-1 standartının tələblərinə uyğun olaraqTest nəticələri
Qabıq bağlama müddəti ≥20 dəqiqə 20–25 dəqiqə
Sürüşmə <0,5 mm 0
Qopma müqaviməti >1 N/mm² 1,5–2 N/mm²

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plitələrin ölçülərinə uyğun sahəsiDaraqlı malanın dişlərinin ölçüləri, mmYapışdırıcının yayılma qalınlığı, mm
<25 sm² 3 mm 1–2
25–100 sm² 4 mm 2–3
100–600 sm² 6 mm 3–4
600–1800 sm² 8 mm 4–5
1800 sm² 10 mm 5–6

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m²-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

Matanat A Rapid tez tutan keramika yapışdırıcısı (boz) (kq)1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m²)Qarışdırılacaq suyun miqdarı (litrə) 25 kq üçünDaraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m²)
   3 mm4 mm6 mm8 mm10 mm
25 1,28 6–6,5 1,3 kq 2,6 kq 3,9 kq 5,1 kq 6,4 kq

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, üst-üstə maksimum 11 sıra olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • "Matanat A" Rapid yapışdırıcısının sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!