az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

Matanat A Qazbeton və peno-beton yapışdırıcısı

Matanat A Qazbeton və peno-beton yapışdırıcısı

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

Sement əsaslı, yüksək nəticələr əldə etməyə imkan verən xüsusi qatqılarla zəngin, Nano texnologiyalı, birkomponentli, boz rəngli qaz-beton və ya peno-beton yapışdırıcısıdır. EN 998-2 standartının tələblərinə uyğundur.

İstifadə sahələri

Bu penobeton yapışdırıcısı:

  • suhopması yüksək olan qaz-beton blokların, dekorativ üzlük kərpiclərin, peno-beton və həcm kütləsi az olan digər yüngül materialların hörülməsində və yapışdırılmasında ;
  • Hörülən divar səthlərindəki 5 mm-ə qədər boşluq və çatların təmirində istifadə olunur.

Üstünlükləri

  • Yüngül inşaat materaillarının hörülməsində hörgü və aralıqların doldurulması qarışığı kimi, həm də yüngül plitələrin səthə yapışdırılmasında ən əlverişli yapışdırıcıdır;
  • Rahat hazırlanır və tətbiq olunur;
  • Şaxtaya və istiliyə davamlıdır.

İstifadə qaydaları

düzgündürsə, birbaşa hörgü işinə başlamaq olar. Əgər səth düz deyilsə bu zaman sement qum qarışığı ilə ilk sıranın hörülməsi üçün bünövrə təbəqəsinin yaradılması tələb olunur. Hörgü hörüləcək səth eyni zamanda əvvəlcədən nəmləndirilməli və ya ROKOL Binder Astarla və ya digər oxşar məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq quru qarışığı ehmalca 6,0 - 6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi.Yapışdırıcını hörülən divarın həm səthinə, həm də hörgüdə istifadə olunan materialların yan tərəflərinə eyni qalınlıqda çəkin. Blokların hörülməsinə başlayın. Hörgü zamanı divarın üfüqi və şaquli düzlüyü su tərəzisi ilə yoxlanılmalıdır. Baş vermiş hər hansı bir əyrilik rezin çəkic vasitəsilə düzəlməlidir. Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür.

Tövsiyələr. Matanat A Qazbeton və Peno-beton yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və 300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş Matanat A Qazbeton və Peno-beton yapışdırıcısına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi boz
İstifadə temperaturu +5°C ÷ +30°C
Su /quru qarışıq 2,6-2,8 litr su/10 kq quru qarışıq
6,0-7,0 litr su/25 kq quru qarışıq
Qarışdırıldıqdan sonra gözləmə müddəti 3-5 dəqiqə
İstifadə müddəti 3 saat
Qablaşdırma 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietiləndən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

Sərfiyyat

Hörgüdə istifadə olunan blokların ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı cədvəldə göstərilmişdir.

Qaz-betonun
ölçülərindən asılı
olaraq sərfiyyat
Eni (sm)Uzunluğu (sm)Hündürlüyü (sm)kq/m2
20 50 20 5-8
20 70 20 5-7
30 50 15 3-5
30 70 15 3-4
30 50 20 4-6
30 70 20 4-6

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 11 kisə olmaqla 12 ay saxlanılmalıdır.