az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

İnovex Quru Divar və Fasad üzləmə Sistemləri

İnovex Quru Divar və Fasad üzləmə Sistemləri

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Son dövrlər inşaat sektorunun tələbatı olan tikinti prosesi zamanı qalın və ağır materiallar əvəzinə daha nazik və yüngül materiallardan istifadə edilməsi tendensiyası daha çox gündəmə gəlməkdədir. İnovex Quru Divar Sistemləri bu tələbatı ödəmək üçün hazırlanmış rahat həll yoludur.

 
İnovex Quru divar sistemləri çöl divarların tikinti və quraşdırılmasında tətbiq edilir. Bu sistemin üstünlükləri aşağıdakılardır:

  • tətbiqin asanlığı;
  • dizaynerlərin əldə etmək istədikləri performans gözləntilərini qarşılamaq üçün çevikliyə malik olmaqla geniş imkanların yaradılması;
  • layihələndirmə zamanı uyğun həllərin təklif edilməsi;
  • ənənəvi divar tiplərinin (kərpic, mişar daşı, hörgü blokları və ) qurulması ilə müqayisədə layihələrin daha sürətli başa çatdırılması.

 

Bundan əlavə, ənənəvi üsullarla müqayisədə bu tip sistemlərdən istifadədə karbon emissiyası xeyli aşağıdır. Bu baxımdan onun ətraf mühitə verdiyi töhfə kifayət qədər yüksəkdir.

İnovex sistemləri 5 quru divar və 1 Fasad üzləmə sistemi olmaqla 6 sistemdən ibarətdir.

1.İnovex Təkqat çöl divar sistemi 


İnovex Təkqat çöl divar sistemi 2-3 mərtəbəyə kimi dəmir-beton və ya polad tikililərdə çöl divarların yaradılmasında tətbiq edilir.  


2. İnovex İkiqat çöl divar sistemi

İnovex İkiqat çöl divar sistemi dəmir-beton və polad tikililərdə təkqat çöl divar sisteminə nisbətən istilik izolyasiyası, yanğın və səs izolyasiyası baxımından daha keyfiyyətli fasad divarı inşa edilməsinə imkan verir.

3.Omeqa profili ilə gücləndirilmiş İnovex Təkqat çöl divar sistemi

Omeqa profili ilə gücləndirilmiş İnovex Təkqat çöl divar sistemi maksimal səviyyədə tikilinin izolyasiyasını təmin edir. Tikilinin dəmir-beton karkasının fasad hissəsini izolyasiya edərək birbaşa mantolanmasını təmin edir.

Tikilinin dəmir-beton karkasında inşaat qüsurları nəticəsində ortaya çıxan şaqul və tərəzidən kənaraçıxmalarını korreksiya edir.

4.Omeqa profili ilə gücləndirilmiş İnovex İkiqat çöl divar sistemi

Omeqa profili ilə gücləndirilmiş İnovex İkiqat çöl divar sistemi yuxarı mərtəbələrdə beton işləri davam edən çoxmərtəbəli tikililərdə çərçivə qurmadan içəridən çöl divarın hazırlanmasını təmin edir. Çərçivə fasadda istilik izolyasiya tətbiqinə başlanacağı zaman qurulur.

Omeqa fasad sistemi ənənəvi çöl divarların hazırlanması ilə müqayisədə daha tez hazırlanan, effektiv çöl divar sistemidir.


5.Dəstək profili ilə gücləndirilmiş İnovex Təkqat çöl divar sistemi

Dəstək profili ilə gücləndirilmiş İnovex Təkqat çöl divar sistemi - professional izolyasiyaya malik xarici divarların dizaynında istifadə olunan fasad sistemidir. Tikilinin dəmir-beton karkasında istehsalat qüsurları nəticəsində ortaya çıxan şaqul və tərəzidən kənaraçıx- maların korreksiya edilməsini təmin edir.


6.İnovex Fasad üzləmə sistemi

İnovex Fasad üzləmə sistemi binalarda (tikililərdə) mövcud çöl divarların (fasad hissələrin) üzlənməsində istifadə olunur.