az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

Matanat A-dan İnnovasiya: İnovex

Matanat A-dan İnnovasiya: İnovex

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Matanat A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində dünya şirkətləri arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatmışdır. Son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti inşaat sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir.

Hal-hazırda şirkət 4 sistem, 28 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 2000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərin- dəndir. “Matanat A” şirkətinin tərkibinə ən son innovasiya və texnologiyalara əsas- lanan çoxsaylı zavodlar daxildir. 2002-ci ildə Şirkət Qafqazda ilk müasir tipli gips zavodu olan AĞDAĞzavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək “AĞDAĞ” məhsulunun istehsalına başlamışdır.

2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək professionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkişafı sahəsində öz töhfəsini verən istehsal sahələri sırasına aid edilə bilər.

“Mətanət A” şirkətinə aid olan ən son texnologiya ilə təchiz edilmiş zavodlardan biri də ROKOL boya zavodudur. Fəaliyyətə başladığı gündən qısa bir müddətdə milli brendlər arasında öz əhəmiyyətli mövqeyi ilə seçilən ROKOL boyaları inşaat boyaları, sənaye boyaları və dekorativ boyalar olmaqla 3 qrupa bölünür. Geniş istehlakçı auditoriyasının tələblərinə cavab verən zəngin boya çeşidinə malik ROKOL boyaları, Azərbaycanda boya sektorunda yeni bir cığır açmışdır.

2014-cü ildə əsası qoyulan və 2017-ci ildə tamamlanmış, Qazax rayonunda yerləşən AZERLIME əhəng zavodu “Mətanət A” şirkətinin yeni istehsal sahələrindən biridir. İsveçrənin qabaqcıl Maerz texnologiyası ilə təchiz olunan AZERLIME əhəng zavodu müxtəlif fraksiyalarda və müxtəlif sənaye sahələri üçün sönməmiş əhəng və sönmüş əhəng istehsal edir.

2021-ci ildə AĞDAĞ Natural Gipskarton Lövhələri Zavodu fəaliyyətə başlayıb. Zavod qabaqcıl Grenzebach alman texnologiyasına əsaslanır, istehsal prosesi avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə nəzarət xüsusi proqram təminatı ilə avtomatik həyata keçirilir. Bunun nəticəsidir ki, DAĞ Natural Gipskarton Lövhələri-nin keyfiyyəti Almaniya bazarındakı bu tip məhsullar ilə eyni keyfiyyətə malikdir. İstehsalda yaşıl texnologiyalardan istifadə edən “Matanat A” şirkətlər qrupuna aid olan “AĞDAĞ” məhsulları istehsal prosesində ətraf mühitin qorunmasını xüsusi diqqətdə saxlayır və Azərbaycanda ilk dəfə olaraq EN Avropa standartlarında istehsal edilir.

2024-cü il “Matanat A” şirkəti tərəfindən Qaradağ rayonu ərazisində AZVUL Mineral Daş Yunu istehsalı zavodunun tikintisi reallaşıbdır. Daş yunu sənayenin bütün sahələrində, fabriklərdə, neft-kimya sənayesində, xəstəxanalarda, yaşayış binalarında, fərdi evlərdə və demək olar ki, bütün tikinti sektorunda geniş istifadə edilir.

 Şirkət qloballaşaraq “Matanat A” ticarət markası adı altında istehsal etdiyi məhsullarını xarici ölkələrə ixrac edir. Bu, bir daha sübut edir ki, artıq milli şirkətlərimiz müasir biznes təcrübəsinə və iş prinsiplərinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır.

 “Matanat A” şirkətlər qrupu uzun illər sistemli şəkildə həyata keçirdiyi AR-GE (Tədqiqat və Təkmilləşdirmə) fəaliyyətləri nəticəsində regionda ilk dəfə İnovex fasad lövhələrinin istehsalına başalmışdır. İnovex fasad lövhələri yaşıl inşaat texnologiyalarına əsaslanır, regionda ilk dəfə olaraq Azərbaycanda istehsal edilir və müasir tikililərdə geniş istifadə olunur.

 İnovex-in İnovex fasad lövhələri və İnovex Roof dam lövhələri olmaqla müxtəlif çeşidləri mövcuddur.

 İnovex – hər iki tərəfi şüşə liflərlə gücləndirilmiş örtüklə örtülmüş fasad lövhəsidir. İnovex səth sərtliyi gücləndirilmiş, bakteriyalara qarşı dözümlü, su hopdurmaya qarşı davamlı və yüksək keyfiyyətli lövhədir. Şüşə lifli təbəqə örtüyün, lövhənin daxilinə dərindən nüfuz edərək tərkib hissəsinə çevrilməsi nəticəsində yüksək müqavimətə malik lövhədir.

İnovex–in qüsursuz səthi onun üzərinə istilik izolyasiya materiallarının tətbiq edilməsi üçün düzgün səth əmələ gətirir. 

İnovex roof – arxa səthi xüsusi ağ torla möhkəmləndirilmiş dam üçün lövhədir. Taxta, OSP və digər bu kimi materialların əvəzinə İnovex roof örtüyündən istifadə etməklə daha yüksək nəticələr əldə olunur. İnovex roof dam örtüklərinin yanğına dayanıqlığını artırmaq üçün unikal həll yoludur.

İnovex lövhələri ilə düzəldilmiş divarlar zəlzələyə dayanıqlıdır.