az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

FASKER Yüksək performanslı iri ölçülü plitə yapışdırıcısı

FASKER Yüksək performanslı iri ölçülü plitə yapışdırıcısı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zən­gin, xüsusi polimer əlavəli, yüksək nəticələr əldə etməyə imkan ve­rən, şaxtaya və istiyə davamlı, maksimum yüksəkliyə plitə yapışdıran birkomponentli, Nanotexnologiyalı, boz rəngli yapışdırıcıdır.

EN 12004-1 standartının C2TE sinfinə uyğundur.

İstifadə sahələri

Bu plitə yapışdırıcısı:

  • Binaların fasadına, müxtəlif ölçülü keramika, çini keramika, kotto kimi üzlük materialların yapışdırılmasında;
  • Təbii daşlar, dekorativ kərpic, kabançik və bu kimi üzlük materialların müxtəlif yüksəkliklərdə yapışdırılmasında;
  • Yerdən isidilən səthlərdə, sanitar qovşaqlarında, balkonlarda, üzmə hovuzlarında və digər temperatur fərqlərinin çox olduğu məkanlarda üzlük plitələrin yapışdırılmasında;
  • Mərmər, qranit, keramoqranit kimi digər iri ölçülü üzlük  plitələrin yapışdırılmasında;
  • Öncədən yapışdırılmış keramikaların  üzərinə qopartmadan yeni  keramikaların  yapışdırılmasında:
  • Tikililərin  fasadında, 60 sm x 60 sm ölçüdə olan mərmər , qranit, keramiqranit kimi üzlük plitələrin 6 metr, 40 sm x 40 sm ölçülü plitələrin 12 metr və 15 sm x 30 sm ölçülü üzlük plitələrin isə 30-50 metr yüksəkliyə yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • Müxtəlif iqlim şəraitində istifadəyə yararlıdır;
  • Yüksəklikdə keramika və digər üzlük materialları şaquli və üfüqi səthlərə keyfiyyətlə yapışdırır;
  • Şaquli səthlərdə sürüşmə ehtimalı yoxdur;
  • Rahat hazırlanır və tətbiq olunur;
  • İstiyə və şaxtaya davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl FİLKRET təmir qarışığı və ya digər oxşar məhsul ilə düzəldilməlidir. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən nəmləndirilməli, ROKOL Binder astar və ya digər oxşar məhsul ilə astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq quru qarışığı 6.0-6.5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinləşdirilmiş (bu üsulda yapışdırıcı həm səthə çəkilir, sonra daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) yapışdırma üsulundan istifadə edin.

Plitənin yapışdırılma müddətini səthin üzərinə çəkilmiş qarışığa barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, o zaman plitələri səthə yapışdırmaq olar. Əgər səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, o zaman onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır. Böyük ölçülü üzlük materiallarla işlədiyiniz zaman, yapışdırma işini üfüqi istiqamətdə icra edin və başa çatan sıra ilk müqavimət gücünə çatmamış, sonrakı üst sıraya keçməyin. Üfüqi və şaquli istiqamətlərdə hər 3.5 m-dən bir genişlənmə aralığı buraxın. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadə üçün məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.

Tövsiyələr. FASKER yapışdırıcısının istifadə olunduğu mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən çox), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş FASKER qarışığına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. FASKER sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi boz rəngli toz
İstifadə temperaturu +5º C - +30º C
Su/quru qarışıq 2,4–2,6 l su / 10 kq qum qarışıq
6,0–6,5 l su / 25 kq qum qarışıq
Qarışdırıldıqdan sonra gözləmə müddəti 3–5 dəqiqə
İstifadə müddəti 2 saat
Aralıq doldurma işinə başlama vaxtı:
• divarda
• döşəmədə
24 saatdan sonra
48 saatdan sonra
Qablaşdırma 2 və ya 3 qatlı kraft kağızı və 1 qatlı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

 

 EN 12004-1 standartının tələblərinə uyğun olaraqTest nəticələri
Qabıq bağlama müddəti ≥30 dəqiqə 30–40 dəqiqə
Sürüşmə <0,5 mm 0
Qopma müqaviməti >1 N/mm² 1,5–2 N/mm²

 

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plitələrin ölçülərinə uyğun sahəsiDaraqlı malanın təsviri və dişlərinin ölçüləri, mmYapışdırıcının yayılma qalınlığı, mm
<25 sm² 3 1–2
25–100 sm² 4 2–3
100–600 sm² 6 3–4
600–1800 sm² 8 4–5
1800–7200 sm² 10 5–6

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m2 -ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

Fasker yüksək performanslı iri ölçülü plitə yapışdırıcısı 1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m²) Qarışdırılacaq suyun miqdarı (litrə) 25 kq üçün Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m²)
3 mm4 mm6 mm8 mm10 mm
25 1,28 6–6,5 1,3 kq 2,6 kq 3,9 kq 5,1 kq 6,4 kq

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, üst-üstə maksimum 11 sıra olmaqla 12 ay saxlanıla bilər.