az

"Mətanət A" şirkətinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

"Mətanət A" şirkətinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.   12 dekabr 2022-ci ildə müasir Azərbaycan dövlətinin qurucusu, uzaqgörən siyasətçi, böyük tarixi şəxsiyyət və xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü keçirilib. Ümummilli Liderin əziz xatirəsi “Mətanət A” rəhbərliyi və kollektivi tərəfindən ehtiramla yad edilib. Şirkət kollektivi Ulu Öndərin Fəxri xiyabandakı məzarını ziyarət edib, məzarın önünə əklil və gül dəstələri qoyublar.   Həmçinin “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkət kollektivi görkəmli akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.   Ölkəmizin müasir və uğurlu tarix səhifələrini yazan Heydər Əliyevin ideyaları və milli mənafeyə əsaslanan dövlət siyasəti bu gün Azərbaycanın əldə etdiyi...

2022-12-12Ətraflı

«Mətanət A» Şirkəti xalqımızı 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir.

«Mətanət A» Şirkəti xalqımızı 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, müqəddəs və şərəfli peşəsində bütün hərbçilərimizə uğurlar arzulayır. Ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inkişafa nail olunmuş, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşmışdır. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında...

2022-06-26Ətraflı

Qurtuluş günü münasibəti ilə Ağdağ Gips zavodunda tədbir keçirildi.

“Mətanət A” Şirkətinin Ağdağ Gips zavodunda 7 iyun tarixində Azərbaycan Respublikası Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev,  “Mətanət A” Şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov və şirkətin əməkdaşlarının iştirakı ilə Qurtuluş günü ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən qonaqlar, Qurtuluş günündən ölkəmizin müstəqillik tarixində  önəmli dövrün başlaması haqqında bəhs ediblər. “Ağdağ” gips zavodunun icraçı direktoru Alim Bayramov məlumat verərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə Qayıdışı ilə ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mənəvi sahələrdə olan böhran aradan qaldırıldı və hər bir sahədə olduğu kimi iqtisadi...

2022-06-07Ətraflı

Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib

     Aprelin 25-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda Konfrans keçirilib. Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.        Əvvəlcə Konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.        Konfrans öz...

2022-04-25Ətraflı

20 Yanvar faciəsindən 32 il ötür!

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 yanvar şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq mübarizə əzmini bütün dünyaya bəyan etdi. “Mətanət A” Şirkətlər Qrupu dövlətimizin müstəqilliyi uğrunda canından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.

2022-01-20Ətraflı