az

“Mətanət A” şirkətinin rəhbəri və kollektivi Ümummilli lider Heydər Əliyevin anım gününü hüzünlə yad ediblər

Azərbaycanın yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Dövlətçiliyin qurucusu, Ümummilli lider Azərbaycanın və dünyanın şöhrətli siyasətçisi Heydər Əliyevin vəfatından 15 il keçir. Ümummilli liderin anım günü “Mətanət A” şirkətində hüzünlə yad edilib. Şirkət rəhbərliyi və kollektivi Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzar önünə gül-çiçək dəstələri və əklil qoyublar. Həmçinin “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib və məzarın önünə gül-çiçək dəstələri qoyublar.

2018-12-12Ətraflı

“Mətanət A” şirkəti karyera sərgisində iştirak edib

Bakı Mühəndislik Universitetində  Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin dəstəyi ilə təşkil olunan, “Mətanət A” şirkəti ilə yanaşı onlarla beynəlxalq və yerli şirkətin də iştirak etdiyi “Karyera sərgisi”  böyük maraqla qarşılanıb.  Karyera sərgisində 1000-dən çox tələbə və məzun şirkətlərin İnsan Resursları nümayəndələri ilə bilavasitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı əldə ediblər. Keçirilən karyera sərgisində “Mətanət A” şirkətinin stendi xüsusi diqqət cəlb edib. Tələbələr  “Mətanət A” şirkətinin fəaliyyəti ilə bağlı məlumat və mövcud vakansiyalara CV forması ilə müraciət etmək imkanı əldə ediblər. Eyni zamanda “Mətanət A” şirkətinin “Ödənişli Təcrübə Proqramı” da böyük marağa səbəb olub. Qeyd edək ki, təcrübə proqramı qış...

2018-11-21Ətraflı

"AĞDAĞ" müasir Gips zavodu xalqımızın sağlam mühitlə təmin olunmasına xidmət edir

Son illərdə ölkəmizin inkişafında artım dinamikası getdikcə yüksəlməkdədir. Azərbaycanda müşahidə olunan artım xalqımızın işıqlı gələcəyə doğru addımladığını təsdiq edir və bu bizim hər birimizi ruhlandıran əsas faktorlardan biri hesab oluna bilər.   Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə çox mühüm irəliləyişlər baş vermişdir. Bu irəliləyiş özünü müxtəlif sahələrdə göstərməklə yanaşı bizim sahəyə də nüfuz etmişdir. Yüksək qayğı və artımı öz üzərmizdə hissedərək, sektorumuzda daha da irəliləməklə yanaşı qabaqcıl yerlərdən birinə sahib olmaq bizim əsas hədəflərimizdən birinə çevrilmişdir. Fəaliyyət dairəmizi daha da genişlənidrmək məqsədilə "AĞDAĞ" müasir Gip Zavodunun tikilib istifadəyə verilməsi də məhz bu istəyimizdən doğan fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər....

2018-10-30Ətraflı

“Mətanət A” Cocuq Mərcanlıda tikinti-quruculuq işlərinə dəstək verəcək.

(®)“Mətanət  A” şirkəti “Böyük Dönüş” layihəsi çərçivəsində Cocuq  Mərcanlıda aparılan tikinti-quruculuq  işlərinə dəstək verəcək. “Mətanət A” şirkəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi Böyük Dönüş” layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış istixanalarda və arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların satışı ilə bağlı keçirilən tədbirdə iştirak edib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayıb. Nazir  müavini  belə layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.  “Böyük Dönüş” layihəsi   çərçivəsində  Cocuq  Mərcanlıda  aparılan   tikinti-quruculuq,   yeni  istehsal ...

2018-10-06Ətraflı

“Mətanət A” şirkəti Müəllimlər Günü münasibəti ilə növbəti sosial layihəsini həyata keçirib

(®) “Mətanət A” şirkəti evlərindən uzaqda, ucqar bölgələrimizdə dərs deyən fədakar müəllimlərin həvəsləndirilməsi məqsədi ilə növbəti  sosial layihəsinə imza atıb.  Belə ki,  Biləsuvar sakini, fizika müəlliməsi Atyac İbrahimova hər gün kilometrlərlə məsafəni qət edərək öz ali peşəsini layiqincə yerinə yetirir.  “Mətanət A” şirkəti Müəllimlər Günü münasibəti ilə fədakar müəlliməmizə istehsal etdiyi tikinti materiallarından istifadə etməklə müəllimənin sinif otağını təmir edərək ona hədiyyə etmişdir.  Aytac İbrahimovanın sözlərinə görə, şagirdlərinə yeni təmir olunan sinif otağında dərs keçmək indi daha  rahat və stimul vericidir. Aytac müəllimə tədris etdiyi fənn otağının təmirini Müəllimlər Günündə aldığı ən dəyərli hədiyyə hesab etdiyini vurğulayıb. Eyni zamanda Məktəbin direktoru Ərəstun Vəliyev...

2018-10-05Ətraflı

“Mətanət A” şirkəti Qurban Bayramında uşaqları sevindirdi.

(©) İslamın iki əsas bayramından biri olan Qurban Byramının fəlsəfəsində verilən vədə sadiqlik, dürüstlüyün mükafatı, insana verilən dəyər, sosial statusundan asılı olmayaraq bir gün də olsun hər kəsin bərabərliyi durur.  Bayramın tələblərinin  icrası isə hər il yüzlərlə, minlərlə insana yaşadılan sevinc, bu sevincin qarşılığında qazanılan savab deməkdir. Bu savabdan bu bayramda “Mətanət A” şirkətinə də pay düşüb.  Hər zaman korporativ sosial məsuliyyət layihələrinə böyük önəm verən “Mətanət A” şirkəti Abşeron Rayon Qızıl Aypara Cəmiyyəti ilə birgə  imkansız ailələr və Qarabağ köçkünü olan ailələrin uşaqlarına yardım edib. Yardım paketinə məktəb ləvazimatları və qurban payı daxildir.  Hədiyyələr yeni dərs ilinin başlanmasını gözləyən məktəblilər üçün...

2018-08-21Ətraflı

“Mətanət A”dan Autist Uşaqların Reablitasiyası Mərkəzinə yardım

(®) Deyirlər Tanrının bizə iki əl verməsinin səbəbi var: biri özümüzə, o biri digərlərinə yardım etmək üçündür. Azərbaycanda son illərin ən güvənilən şirkətlərindən biri, inşaat materialları bazarında 15 ildən artıq bir müddətdə liderliyini qoruyub saxlaya bilən  “Mətanət A” şirkəti də fəaliyyətində hər zaman bu prinsipi əsas tutur. Şirkətin səxavətindən bu dəfə Autist Uşaqların Reablitasiyası Mərkəzinə pay düşdü.  “Mətanət A” şirkəti mərkəzin yeni korpusunun tikintisi üçün tikinti materialları yardımı edib.  Şirkətin istehsalı olan “Mətanət A”  kafel-metlax yapışdırıcısı, “Ağdağ” astar şpatlyovkası və “Ağdağ”  üzlük şpatlyovkası Autist Uşaqların Reablitasiyası Mərkəzinə təhvil verilib.  Bu məhsullardan mərkəsin yeni binasının tikintisində istifadə olunacaq.  Qeyd edək ki, hazırda Autist...

2018-08-08Ətraflı

Hər məkanın öz məhsulu: “Mətanət A” evlərinizin təmirində bütün xırdalıqları nəzərə alıb

(®) Ev təmir edərkən hər kəsi bir sual düşündürür:  necə edim ki, çəkdiyim zəhmət və vaxt hədər getməsin, təmirli məkan zövqünü daha uzun müddət yaşaya bilim? Bazardakı məhsulların keyfiyyəti haqqında yetəri qədər məlumatı olmayan şəxs üçün bu seçimi etmək bir qədər çətin olur. Odur ki, keyfiyyətli məhsulu tanımanızda fayda var.  Tikinti məhsullarında keyfiyyət dedikdə ilk növbədə ağla “Mətanət A” şirkəti gəlir. Şirkətin yüksək texnologiyalar əsasında istehsal etdiyi keramika yapışdırıcıları artıq 20 ilə yaxındır ki, bazarda özünə layiqli yer tuta bilib.  “Mətanət A” 16 adda keramika yapışdırıcısı istehsal edir. Bu məhsullardan istər daxili, istərsə də xarici məkanlarda üzlük materialların beton, suvaq, döşəmə suvağı...

2018-07-31Ətraflı

Sağlamlığını düşünən insanların seçimi: “AGDAĞ”

Ömrümüzün böyük hissəsi qapalı məkanlarda – evimizdə, çalışdığımız ofislərdə keçir. Bu baxımdan bu məkanların sağlamlığımız üçün təhlükəsizliyi, hətta faydalılığı həyati  vacib məqamlardandır. Bəzən insanlar özlərinə yuva qurarkən, yeni mənzillər inşa edərkən əsasən məlumatsızlıqdan bu mühüm məqamı gözardı edirlər. Amma artıq dünya il-ildən inkişafa doğru irəliləyir, yeni-yeni tətbiq olunan yüksək texnologiyalar insanların həyatını yüngülləşdirməklə yanaşı, sağlamlıqlarının qorunmasına da xidmət etmiş olur. Bir neçə il əvvəl insanlar evlərini yalnız qara suvaqla suvanmasını mümkün sayırdılar, sağlamlıq üçün daha faydalı gips əsaslı suvaqdan xəbərsiz idilər.   Ancaq Azərbaycanın və ümumilikdə Qafqazın inşaat materialları bazarında lider şirkətlərdən  olan “Mətanət A” şirkəti bu boşluğu doldurdu.  2002-ci ildə əsası...

2018-07-28Ətraflı

Evlərinizi ROKOL-un müsbət enerjisi ilə zənginləşdirin.

Yaşadığın, oturduğun məkanın rahatlığı, müsbət enerjisi həm də onun quruluşundan, döşənməsindən, məkandakı rənglərin ahəngindən asılıdır. Fen şuy fəlsəfəsinə görə, hər rəngin işığı insana bir başqa enerji verir. Məsələn, mavi rəng rahatlıq verici, hüzurverici bir mühit yaradır. Tünd mavi ağıl və su rəngidir. Qara isə insanın gücünü simvolizə edir, qorunma enerjisi verir. Yaşıl təbiətin, sağlamlığın rəngidir. Dinclik və daxili tarazlığı təmin edir. Bənövşəyi rəng isə ruhi fərqlilik, zehni və fiziki şəfa enerjisi mənbəyidir. Fen şuy filosofları narıncı rəngin yaradıcı gücü artırdığınI, konsentrasiyanı gücləndirdiyini, qırmızı rəngin isə sevgi və sevinc mənbəyi olduğunu bildirilər.  Bəs, bu müsbət enerjiləri evə necə cəlb etməli? Bunun çox...

2018-07-27Ətraflı

AK DENİZ brendi yüksək keyfiyyətin ünvanıdır.

(®)Tikinti şirkətləri və ustalar Akdeniz məhsullarına üstünlük verirlər  Evi tikərkən ən böyük qayğı tikinti materiallarının keyfiyyəti ilə bağlı olur. Ev sahibi tikinti bitər – bitməz yenidən təmirə başlamamaq üçün nə etməli olduğu üzərində baş sındırır. Amma bunun üçün uzun düşünməyə də ehtiyac yoxdur.  Azərbaycanın tikinti bazarında artıq öz sözünü demiş “Mətanət A” şirkəti sizin əvəzinizə bu problem həll edib. Şirkətin yüksək keyfiyyəti ilə seçilən məhsulları artıq həm ev sahibləri, həm də ustaların böyük rəğbətini qazanıb. Şirkətin AK DENİZ brendi ilə istehsal olunan məhsulları yüksək keyfiyyətləri ilə tanınır.  AK DENİZ – in sıva, saten, kartonpiyer və fayans – seramik yapışdırıcısı məhsullarından binaların daxilində beton, qazbeton,...

2018-07-25Ətraflı

“Mətanət A” regionda uşaqların bayramına hədiyyələrlə sevinc qatdı

(®) Yalnız yüksək keyfiyyətli məhsulları ilə deyil, həyata keçirdiyi müxtəlif səpkili sosial xarakterli tədbirləri ilə də Azərbaycan cəmiyyətinin inkişafına tövhə verməyi  prioritetləri sırasına daxil edən “Mətanət A” şirkəti 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tovuz rayonunda azyaşlıların iştirakı ilə konsert proqramı təşkil edib.  Ümumilli lider Heydər Əliyev adına parkda baş tutan tədbirin  açılış mərasimində çıxış edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ölkəmizdə uşaqların sağlam və xoşbəxt böyümələri üçün hər cür şəraitin yaradıldığını, onların layiqli vətəndaş kimi yetişmələrinin dövlət siyasətinin əsas istiqamətlərindən  biri olduğunu vurğulayıb.  Cənab Zeynalov bayram günündə tovuzlu uşaqlar üçün bu cür maraqlı proqram həyata keçirdikləri üçün “Mətanət A” şirkətinə təşəkkür...

2018-06-04Ətraflı

“Uşaq hüquqları uşaqların dilində” -“Mətanət A” Şirkətindən daha bir sosial layihə

(®) İntellektli, geniş dünyagörüşünə malik, vətənpərvər gənclik güclü dövlət deməkdir. Yarandığı gündən məhz bu prinsipi əsas tutan, dövlətimizin daha da güclənməsinə öz tövhəsini verməyi qarşısına məqsəd qoyan “Mətanət A” şirkəti bu qəbildən növbəti tədbirini keçirib.  Təmas xəttinə yaxın yerləşən Tovuz rayonunun bir sıra orta məktəblərində 8, 9, 10, 11 – ci  sinif şagirdləri üçün "Uşaq hüquqları uşaqların dilində" adı altında təlimlər keçirilib. Təlimlər 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.  Təlimlərdə Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində görülən işlər, bununla bağlı qanunvericilik bazası, Azərbaycanın uşaq hüquqları ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalar məktəblilərə əhatəli şəkildə izah edilib. Uşaqlara onların hüquqları və bu hüquqların pozulması...

2018-06-01Ətraflı

“Mətanət A” Şirkəti “İnşaatçılar Günü”nü özünəməxsus qeyd etdi

Artıq 8-ci ildir ki, 10 aprel ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə bu gün inşaatçıların peşə Bayramı hesab edilir.  Azərbaycan inşaatı və memarlığı zəngin və qədim tarixə malikdir. Keçmiş əsrlərdən günümüzə qədər gəlib çıxmış qiymətli memarlıq abidələri kimi qorunan onlarla binalar var ki, özündə  Şərq və Qərbin nadir memarlıq nümunələrini birləşdirir.  “Mətanət A” şirktəti  bu əlamətdar günü özünəməxsus şəkildə qeyd edib. Şirkətin təşkilatçılığı ilə Dövlət İnşaat və Memarlıq Universitetinin tələbələri arasında “Güc BİLİKdədir” adlı yarış keçirilib. Yarışın məqsədi gənc inşaatçıların elmi-intellektual səviyyələrinin, memarlıq tariximiz barədə biliklərinin daha da artırılması idi....

2018-04-10Ətraflı

İş, yoxsa perspektivli iş?! “Mətanət A” Şirkəti ikinci variantı təklif edir

“Mətanət A” Şirkətinin İnsan Resursları Departamentinin direktor əvəzi  Zenfira Əliyeva ilə müsahibə  İş yoxsa perspektivli iş?! “Mətanət A” şirkəti əməkdaşlığa dəvət edir   -Keyfiyyətli məhsul istehsal etmək üçün peşəkar işçi heyətinin olması vacib amildir. “Mətanət A” brendi olduqca tanınmış və güvənilən məhsul istehsalçısı olduğundan bütün bu işlərin arxasında işini məsuliyyət və kefiyyətlə görən komandanın olduğunu göstərir. Hazırda şirkətin işçi heyəti neçə nəfərdən ibarətdir?   - Tamamilə haqlısız. Keyfiyyətli iş yalnız güclü komanda hesabına mümkündür. Bizim də böyük və çox peşəkar heyətimiz var. Dəqiq bir rəqəm vermək yanlış olardı, çünki sıralarımıza qoşulanların sayı günbəgün artır.   -“Mətanət A” gələcəyini bu şirkətdə görmək istəyən şəxslərə nələr vəd edir?   - İlk...

2018-04-06Ətraflı

Ustaların qayğısına qalan “Mətanət A”

 Bu dəfə fasad ustaları üçün təlim təşkil edilib. “Mətanət A” Şirkəti öz ənənəsinə sadiq qalır. Bu dəfə də Şirkət peşəkar ustalar üçün özünə məxsus maarifləndirici tədbir təşkil edib. “Qayğımıza qalan FasNatural” adlı təlimdə Azərbaycanın ilk “Ustalar Klubu”nun fasad üzrə ixtisaslaşmış 100-ə yaxın üzvü iştirak edib. Ustalara “Mətanət A” Şirkətinin istehsal etdiyi və dünyanın 150-dən artıq  ölkəsində patentləşdirilmiş “FasNatural ” məhsulu ilə bağlı məlumat verilib.  Bildirilib ki, “FasNatural” məhsulu fasadda arxitektur ornamentlərin, bəzək məmulatlarının, izolyasiya lövhələrinin üzərinə çəkilməklə paduqaların və üzlük plitələrinin hazırlanılmasında istifadə edilir. “FasNatural” aqlay daşını əvəz edir, su hopmur, şaxtada çatlamır, məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir, binanın fasadının...

2018-03-15Ətraflı

“Mətanət A” şirkəti “Gənclər Günü”nü fərqli şəkildə qeyd edib

Azərbaycanda sement və gips əsaslı məhsullarının ilk istehsalçısı olan “Mətanət A” Şirkəti əməkdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsinə daim önəm verir və onların motivasiya olunmasını əsas prinsiplərindən biri sayır.  Elə bu istiqamətdə həyata keçirilən daha bir layihə “Gənclər Günü” ilə bağlı olub.  Fevralın 2-i “Mətanət A” Şirkətinin əməkdaşları arasında “Birlik” adlı boulinq turniri keçirilib. Turnirdə iştirak edən 40 əməkdaş “Mətanət A”, “Ağdağ”, “Blokpan”, “Rokol”, “Fasnatural” adlı komandalara bölüşüblər. “Ağdağ” adlı komanda 698 xalla turnirin qalibi oldu. Hər kəsə məlumdur ki, 2 fevral tarixinin “Gənclər Günü” kimi elan olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümumilli Liderin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda...

2018-02-05Ətraflı