az

“Mətanət A”-dan növbəti xeyriyyəçilik

Yarandığı gündən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində keçirdiyi layihələrlə daim fərqlənən “Mətanət A” şirkəti bu il də bu ənənəni layiqincə davam etdirir. Şirkət Müqəddəs Ramazan ayında şəhid ailələri ilə Ramazan süfrəsi ətrafında görüş həyata keçirdi. Tədbirdə iştirak edən şəhid ailə üzvləri onlara olan dəstək və qayğıdan söz açmış və “Mətanət A” şirkətinin həyata keçirdiyi bu aksiyanın əsl vətəndaşlıq borcunun yerinə yetirilməsinə layiqli bir nümunə olduğunu vurğulamışlar. “Müharibə Veteranı Qadınlara Sosial Yardım” İB-nin sədri İradə Abbas, “Şəhid Ailələrinə Sosial Yardım Cəmiyyəti”-nin sədri Almaz Seyidova, “Qayğı” cəmiyyətinin üzvü Məzahir Qəhrəmanov, şəhid ailə üzvləri Qafarova Mətanət, Səmədova Tahirə keçirilən tədbirdə iştirak edib, öz...

2014-07-23Ətraflı

“Mətanət A” yeni brendini - parokantakt məhsulunu təqdim edir

Hər zaman innovativ texnologiyalar vasitəsilə istehsal etdiyi yeni məhsullarla cəmiyyətin diqqətini cəlb edən “Mətanət A” şirkəti növbəti unikal məhsulunu - PARAKONTAKT-ı geniş istehlakçı auditoriyasına təqdim etdim edir. Təmir zamanı ustaların üzləşdiyi ən böyük problemlərdən biri də tavana və eləcə də digər hamar səthlərə vurulan suvağın qopmasıdır. Bu zaman ustalar səthi nahamar etmək üçün müxtəlif yollara əl atırdılar. Hətta uzun müddət əziyyət çəkərək balta ilə tavanı, səthi çərtirdilər ki, səth nahamar olsun. PARAKONTAKT məhsulunun istehsalı ilə artıq bütün primitiv və köhnə vərdişlərə son qoyuldu. Suvağın qopmaması üçün PARAKONTAKT hamar səthə çəkilir və öz özlüyündə nahamar olan  səth əmələ gətirir. Bundan sonra PARAKONTAKT-ın üzərinə çəkilən suvaq daha möhkəm yapışır...

2014-04-18Ətraflı

“Mətanət A” şirkəti növbəti dəfə Mos Build 2014 beynəlxalq inşaat sərgisinin 20 illiyində milli markalarımızı uğurla nümayiş etdirdi

“Mətanət A” şirkəti hər zaman aktiv şəkildə ölkəmizi regional və beynəlxalq inşaat sərgilərində ləyaqətlə təmsil etmişdir. Sevindirici haldır ki, hər dəfə klassik istehsal etdiyi məhsullarla yanaşı şirkət innovativ smart texnologiyaların tətbiqi ilə istehsalsal etdiyi yeni-yeni məhsul çeşidləri ilə sərgi ziyarətçilərinin diqqətini cəlb etmişdir. 01-04 aprel 2014-cü il tarixində şirkət növbəti dəfə 40-dan artıq ölkənin, 2500-ə yaxın beynəlxalq tikinti şirkətinin, 170 000-dən çox ziyarətçinin iştirak etdiyi Mosbuild 2014 beynəlxalq inşaat sərgisinə qatılmış, milli markalarımızı uğurla tanıtmağa müvəffəq olmuşdur. “Mətanət A” şirkətinin istehsal etdiyi Mətanət A, AĞDAĞ, FasNatural, ROKOL, PARAKONTAKT, Qraniyap, İzolatexe brendləri sərgi iştirakçılarının kütləvi marağına səbəb olmuşdur. Sərgi zamanı yeni əməkdaşlıq...

2014-04-04Ətraflı

"Mətanət A" şirkətindən Novruz bayramı münasibətilə daha bir xeyirxah addım

“Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində Novruz bayramı münasibəti ilə “Hər zaman birlikdəyik” adlı silsilə tədbirlərdən növbəti tədbiri keçirmişdir. Öncəki layihələrdə Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, müxtəlif əlillik dərəcəsi almış şəxslərlə birlikdə olan “Mətanət A” şirkəti, bu dəfəki tədbirini Bilgəh Qocalar evində yaşayan qocalar və ahıllarla birlikdə qeyd etdi. Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə çıxış edən şirkət nümayəndələri, dəvət olunmuş qonaqlar öz çıxışlarında bu gün ölkəmizdə gedən inkişafdan, aztəminatlı ailələrə olan dəstək və qayğıdan söz açmış və “Mətanət A” şirkətinin həyata keçirdiyi bu aksiyanın əsl korporativ vətəndaşlıq borcunun yerinə yetirilməsinə layiqli bir nümunə olduğu vurğulamışlar. Daha sonra...

2014-03-17Ətraflı