az

20 Yanvar faciəsindən 32 il ötür!

2022-01-20

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 yanvar şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq mübarizə əzmini bütün dünyaya bəyan etdi.

“Mətanət A” Şirkətlər Qrupu dövlətimizin müstəqilliyi uğrunda canından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.