az

“Mətanət A” şirkətinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdi

Ulu öndər, dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anım günü “Mətanət A” şirkətində qeyd edilib. Şirkət rəhbərliyi və kollektivi Ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri və əklil qoyublar. Daha sonra “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın, eləcə də görkəmli dövlət xadimi Əziz Əliyevin və görkəmli alim Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər. Məzarların önünə gül-çiçək dəstələri qoyublar.

2015-12-12Ətraflı

“Mətanət A” şirkəti BakuBuild 2015 beynəlxalq inşaat sərgisində uğurla iştirak edib

Hər zaman sahibkarlıq fəaliyyətinə dövlət dəstəyini öz üzərində hiss edən Mətanət A şirkəti bu il 21-ci BakuBuild 2015 Beynəlxalq İnşaat sərgisində fəaliyyətini uğurla davam etdirib. Təmir və tikinti məhsulların istehsalında qabaqcıl yerlərdən birinə sahib olan, yerli və beynəlxalq sərgilərin daimi iştirakçısı olmuş “Mətanət A” şirkəti BakuBuild 2015 Beynəlxalq İnşaat sərgisində ənənəvi məhsullarla yanaşı ən yeni innovativ tikinti materialları ilə ictimaiyyətin görüşünə gəlib. Belə ki, yeni nəsil boyalar olan ROKOL boyaları, fasadda ağlay daşını yaradan FasNatural məhsulu, FASMATİK əl və makina suvağı və Azərbaycanda bir ilk olan BLOKPAN natural gips əsaslı hörgü blokları sərgi iştirakçılarının marağına səbəb olub. Yeni innovativ məhsullarla yanaşı...

2015-10-26Ətraflı

Biz hər zaman sizinləyik

Müsəlman aləminin ən vacib və ən gözəl bayramlarından biri olan Qurban Bayramı birlik və bərabərliyin rəmzi hesab olunur və bu bayramın təməlində xeyirxahlıq, paklıq, Allaha inam və sevgi durur. Bayramın əsas ideyası da Allah yolunda kəsilmiş heyvanın ətini imkansız bəndələr ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Bu baxımdan 15 ildir fəaliyyət göstərən “Mətanət A” şirkəti hər il olduğu kimi bu il də imkansız, sosial təminatı az olan, Qarabağ müharibəsi iştirakçıları, qaçqın və məcburi köçkün ailələrinin yanında oldu, keçirdiyi bayram tədbiri ilə onları sevindirdi. Bu dəfə şirkət Qurban bayramı münasibətilə Qürur İctimai Birliyinin üzvlərini - Qarabağ müharibəsi iştirakçılarını, qaçqın və...

2015-09-24Ətraflı

“Mətanət A” şirkəti bilik günündə məktəbliləri sevindirdi

15 sentyabr Azərbaycanda bilik günü kimi qeyd olunur. Bu gün Azərbaycanın bütün bölgələrində yeni tədris ilinin zəngi çalındı, məktəblər şagird və tələbələrin üzünə açıq elan olundu. Daima elmə, biliyə yüksək qiymət vermiş xalqımız övladlarının oxuyaraq savad qazanması üçün əllərindən gələni əsirgəməmişdir. Bu baxımdan “Mətanət A” şirkətinin əməkdaşları aztəminatlı, qaçqın və məcburi köçkün ailələrinə yardım etmək, daima onların yanında olduğunu göstərmək məqsədi ilə ilk tədris günündə Abşeron rayonunda yerləşən məcburi köçkünlər üçün tikilmiş məktəbdə oldular. İqtisadiyyatın sürətlə inkişaf etməsi, əhalinin rifahının stabil yaxşılaşması təhsilli gənclərdən keçir. Daima gənclərimizin təhsilinə önəm verən “Mətanət A” şirkəti ilk tədris günündə qaçqın və məcburi köçkün övladlarını...

2015-09-15Ətraflı

Ramazan bayramında da unudulmadılar

15 illik fəaliyyəti dövründə inşaat sektorunda istehsal etdiyi keyfiyyətli məhsullarla tanınan “Mətanət A” şirkəti öz sektorunda Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsində də hər zaman öndədir. Belə ki, şirkət ətraf mühitin qorunması, keyfiyyətli məhsulların istehsalı, eləcə də idman, mədəniyyət və təhsil sahəsinə daima dəstək verməklə sosial məsuliyyətə verdiyi önəmi sərgiləməkdədir. “Mətanət A” şirkəti daimi olaraq Qarabağ müharibəsi iştirakçılarına, məcburi köçkünlərə, kimsəsiz və xəstə uşaqlara, yaşlılara, əlillərə yardım edir, onların qayğılarının aradan qaldırılmasına xüsusi diqqət yetirir. Ramazan Bayramında da öz ənənəsinə sadiq qalan “Mətanət A” şirkəti şəhid ailələri, qocalar, kimsəsiz və əlil insanlarla bayram süfrəsi ətrafında bir araya gəldi. Tədbirdə Abşeron rayonundan...

2015-07-16Ətraflı

"Mətanət A" şirkətində ümummilli lider Heydər Əliyevin anadan olması ilə bağlı tədbir keçirildi

Müasir Azərbaycan tarixinə nəzər yetirdikdə, Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin, əvəzolunmaz işlərinin şahidi olmaqdayıq. Hələ ötən ərsin 60-cı illərində siyasi hakimiyyətə gələn Heydər Əliyev müasir Azərbaycanın inkişafının təməlini elə o vaxtdan qoymuşdu. İstər siyasi, istər iqtisadi, istərsə də sosial təminat bazasının formalaşdırılmasında qətiyyətli addımlar atan Ümummilli Lider, bugünkü müasir Azərbaycanın sürətli inkişafında, ölkəmizin dünya arenasında tanınmasında müstəsna xidmətlər göstərmişdir. 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində milli iqtisadiyyatımızın inkişafında yeni səhifələr açılmağa başlandı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar, münbit iqtisadi mühit, iş adamları üçün yaradılmış şərait bir çox yerli şirkət və müəssisələrin yaranması üçün zəmin formalaşdırdı. Xalqımızın...

2015-05-10Ətraflı

Kimsəsiz uşaqlar diqqət mərkəzində

2000-ci ildən inşaat sektorunda bir çox uğurları ilə yadda qalmışkimsəsizlər “Mətanət A” Şirkəti daima Sosial məsuliyyət layihələrinə önəm vermiş, cəmiyyətimizin imkansız, əlil və kimsəsiz təbəqəsinə xüsusi diqqət və qayğı göstərmişdir. Şirkətin Korporativ Sosial Məsuliyyəti təkcə bu sferada yox həm ekologiyanın qorunması, həm resurslardan səmərəli istifadə, həm də keyfiyyətli məhsul istehsalında özünü göstərir. Hər zaman müxtəlif bayramlarda cəmiyyətimizin kimsəsiz və aztəminatlı ailələrinin yanında olan “Mətanət A” şirkəti xalqımızın milli dəyəri sayılan Novruz bayramında Abşeron rayonunda yaşayan ailə qayğısından uzaq uşaqlar bir yerə toplanaraq bayram şənliyi keçirildi. Tədbirdə iştirak edən uşaqlar Kosa, keçəl və bahar qızı ilə müxtəlif oyunlar oynadı, bayram sevinicini “Mətanət...

2015-03-18Ətraflı

Müştərilərlə birlikdə: 15 il

15 illik yubileyini qeyd edən “Mətanət A” şirkəti bumüştərilər gün sürətlə irəliləyir və qloballaşır. İstehlakçısına keyfiyyətli məhsullar təqdim etməklə, müştərilərinin rəğbətini və daimi əməkdaşlığını qazanmış şirkət bu illər ərzində edilən əməkdaşlığa böyük dəyər verdiyini gerçəkləşdirdiyi layihələrlə dəfələrlə sübut edib. Respublikanın müxtəlif bölgələrində öz müştəriləri ilə yubiley görüşləri keçirən “Mətanət A” şirkəti növbəti tədbirini Lənkəran şəhərində təşkil etdi. Belə ki, “Mətanət A” şirkəti Cənub bölgəsindən olan müştəriləri ilə görüş keçirib. İki hissədən ibarət olan tədbirdə Şirkət əməkdaşları müştərilərə keramika yapışdırıcıları, gips, boya və izolyasiya məhsulları ilə yanaşı şirkətin 15 il ərzində qazandığı uğurları, gələcək hədəflərini və qloballaşma haqqında ümumi məlumat veriblər. Şirkətin Lənkəran,...

2015-03-12Ətraflı

Xocali faciəsi unudulmur

Azərbaycanın ən qədim tarix və mədəniyyət yerlərindən sayılan Xocalı şəhərində 1992-ci il 26 fevral tarixində Ermənistan hərbi birləşmələrinin hücumu nəticəsində genosid aktı həyata keçirildi. Xocalı Soyqırımı nəticəsində 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlıXOCALI Mətanət A dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bu tarixi faciə daima beynəlxalq arenada diqqət mərkəzində saxlanılmış, erməni vandalizmi dünya ictimaiyyətinə çatdırılmışdır. Bununla əlaqədar hər...

2015-02-26Ətraflı

Şəhidlər unudulmur

Azərbaycan xalqının iradəsini və milli azadlıq uğrunda mübarizə əzmini nümayiş etdirən, tariximizdə qanlı, lakin şərəfli bir səhifə olan 20 Yanvar faciəsinin baş verməsindən artıq 25 il ötür. Hər zaman olduğu kimi xalqımız faciə qurbanlarını, şəhidlərini unutmur, onların əziz xatirələri nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da böyük hörmət və fəxarət hissi ilə anılır. Bu cür anım tədbirlərindən birisi də ölkəmizdə sement və gips əsaslı məhsulların ilk istehsalçısı olan “Mətanət A” şirkətində keçirilmişdir. Şirkət hər zaman xalqımızın azadlığı uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla yad edir,  onların igidliyini yüksək qiymətləndirir. Hadisə və onun...

2015-01-22Ətraflı