az

“Mətanət A” şirkətinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

2016-12-13

Ulu Öndər, dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından 13 il ötdü. Ümummilli liderin anım günü “Mətanət A” şirkətində qeyd edilib. Şirkət rəhbərliyi və kollektivi Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarın önünə gül-çiçək dəstələri və əklil qoyublar.

Daha sonra “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, məzarın önünə gül-çiçək dəstələri qoyublar.