“Matanat A”dan təhsilə dəstək!
“Matanat A” Şirkətlər Qrupu korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə birgə “İnnovativ Mühəndislik” mövzusunda elmi-praktiki seminar keçirib.
Seminarda İNOVEX, AZWOOL Mineral daş yunu, AĞDAĞ gipskarton lövhələri, ROKOL və Mirvana dekorativ boyaları da daxil olmaqla, müasir tikinti materiallarının texniki xüsusiyyətləri və tətbiq imkanları haqqında məlumat verilib.
Tədbir tələbələrin innovativ tikinti materialları barədə praktiki biliklərinin artırılmasına, onların real istehsalat həlləri ilə tanışlığına və nəzəri biliklərinin möhkəmləndirilməsinə töhfə verib.
Professor Tahirə Haqverdiyeva təşəkkür çıxışında “Matanat A”-nın bu təşəbbüsünün universitet tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
“Matanat A” təhsil və sənaye əməkdaşlığını gücləndirərək gələcəyin mühəndislərinin peşəkar inkişafına dəstək verməyi korporativ sosial məsuliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.