az

"Qan ver, xilas et!"

2026-10-09

“Matanat A” Şirkətlər Qrupu “Qan ver, xilas et!” sosial layihəsini həyata keçirib

“Matanat A” Şirkətlər Qrupu korporativ sosial məsuliyyət strategiyası çərçivəsində “Qan ver, xilas et!” adlı növbəti könüllü qanvermə aksiyasını təşkil edib.

Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı ilə birgə təşkil olunan aksiya hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım göstərilməsinə yönəlib.

Şirkət əməkdaşlarının könüllü və fəal iştirakı ilə keçirilən aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılmasına töhfə vermək, qan donorluğunun əhəmiyyətini təşviq etmək və cəmiyyətdə sosial həmrəylik mədəniyyətini gücləndirməkdir.

25 ildən artıq fəaliyyət tarixi olan, 4 sistem, 27 məhsul qrupu üzrə 3000-dən çox məhsul çeşidinə malik “Matanat A” Şirkətlər Qrupu ölkənin tikinti materialları sənayesinin inkişafına və yerli istehsalın gücləndirilməsinə töhfə verməklə yanaşı, sosial məsuliyyət prinsiplərini də korporativ fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Şirkətin korporativ sosial məsuliyyət strategiyası humanitar təşəbbüslərlə yanaşı, təhsil, maarifləndirmə və peşəkar inkişafı dəstəkləyən uzunmüddətli layihələri də əhatə edir. Bu yanaşmanın əsas məqsədi cəmiyyətin müxtəlif sahələrində dayanıqlı sosial dəyər yaratmaq və insan kapitalının inkişafına töhfə verməkdir.

Bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biri də “Ustalar Klubu” layihəsidir. Tikinti sektorunda çalışan ustaların peşəkar inkişafına xidmət edən layihə çərçivəsində mütəmadi olaraq ödənişsiz təlimlər, praktiki seminarlar və maarifləndirici görüşlər təşkil edilir. Bu fəaliyyətlər vasitəsilə müasir tikinti texnologiyalarının tətbiqi, əmək təhlükəsizliyi, keyfiyyət standartları və ekoloji dayanıqlı tikinti mədəniyyəti təşviq olunur.

“Matanat A” Şirkətlər Qrupu bundan sonra da dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, cəmiyyət üçün sosial dəyər yaradan layihələrin həyata keçirilməsini davam etdirməyi hədəfləyir.