az

Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.

2026-06-11

Mayın 10-da “Matanat A” Şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov və şirkətin kollektivi Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra, Ümummilli Liderin həyat yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi “Matanat A” Şirkətinin rəhbər heyəti və kollektivi tərəfindən hörmətlə anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq!