az

“Mətanət A” Şirkətlər Qrupu Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

2023-05-10

“Mətanət A” Şirkətlər Qrupu Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

 

10 may  ölkəmizdə müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur.

Bu münasibətlə “Mətanət A” Şirkətlər Qrupunun rəhbər heyəti və kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq, Ulu öndərin məzarına gül dəstələri qoyaraq, ruhu qarşısında baş əyiblər.

Ümummilli liderin həyat yoldaşı, görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi “Mətanət A” Şirkətlər Qrupunun rəhbər heyəti və kollektivi tərəfindən hörmətlə anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.