az

Keyfiyyət sərhəd tanımır

2017-05-22

Mayın 20-də “Mətanət A” şirkəti Gürcüstanın paytaxtı Tbilisi şəhərində müştərilərlə görüş keçirib.

Görüş zamanı şirkət nümayəndəsi yeni məhsullar, imkanlar və perspektivlər haqqında məlumat verib.

Yeni məhsul çeşidləri ilə əyani tanış olma fürsəti əldə edən tədbir iştirakçıları bu məhsulların yerli əhali tərəfindən də böyük rəğbətlə qarşılanacağından əminliklərini bildiriblər. Çıxışlar zamanı “Mətanət A” şirkətinin təqdim etdiyi sərfəli əməkdaşlıq şərtlərinin yüksək dəyərləndirildiyi vurğulanıb. Görüş ziyafət məclisi ilə davam etdirilib.

 Azərbaycan Respublikasının Prezidentinin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər barədə sərəncamına əsasən, xarici bazarlarda “Made in Azerbaijan” brendinin təşviqi ilə sistemli şəkildə məşğul olan “Mətanət A” şirkəti 17 illik uğurlu biznes fəaliyyəti müddətində daim nou-hau (know how), innovativ SMART texnologiyaların tətbiqi ilə istehlakçıların diqqətini öz üzərinə çəkib.

Hazırda “Made in Azerbaijan” markası altında Yaxın Şərq, Orta Asiya və Ərəb ölkələrinə məhsul ixracı ilə məşğul olan iş adamları və layihə rəhbərləri üçün “Mətanət A” şirkətində çox sərfəli şərtlərlə əməkdaşlıq imkanları yaradılmışdır. Bu imkanlarla daha yaxından tanış olmaq üçün *3030 Çağrı Mərkəzi vasitəsilə əlaqə saxlayıb İxracat Departamenti ilə ətraflı müzakirə edilə bilər.

2000-ci ildə Elxan Bəşirov tərəfindən əsası qoyulan “Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.