az

Yeni təmirə hazırlaşanlara müjdə

2017-05-30

İnşaat sektorunda daim innovativ yenilikləri ilə fərqlənən “Mətanət A” şirkəti növbəti yeni məhsulunu təqdim edir: BLOKPAN. Daxili məkanlarda arakəsmələr üçün artıq kərpic, qara suvaq, astar və üzlük şpatlyovkalarına ehtiyac yoxdur. Natural gips əsaslı BLOKPAN uğurla 4 işi 1-də cəmləşdirir. 

Qalınlığı 8 və 10 sm, eni 66,7 sm, hündürlüyü isə 50 sm ölçülərində olan BLOKPAN arakəsmələri ekoloji sağlamdır. Məhsulun rahat tətbiqi qısa müddət ərzində ən yüksək keyfiyyətlərə cavab verən arakəsmələr hörməyə imkan verir.

Qeyd etmək zəruridir ki, BLOKPAN-la hörgü işi daha ucuz başa gəlir. Natural gips əsaslı BLOKPAN-ın üzərinə boya və divar kağızı birbaşa vurulur. Qısa müddətdə arzu etdiyiniz düz səth əldə etməklə yanaşı, BLOKPAN evlərinizdə və ofislərdə otaqların genişliyinə imkan yaradır.

 Məhsul, həmçinin istilik və səs izolyasiyasına malikdir. Zəlzələyə və yanğına davamlıdır. BLOKPAN arakəsmələri hiqroskopik olduğu üçün otağın rütubətini tənzimləyir, otaqlar nəfəs alır.

Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. Şirkətin rəhbəri Elxan Bəşirov mütəmadi olaraq yeni smart və nanotexnologiyaların, elmi nailiyyətlərin istehsal prosesinə tətbiqinə önəm verir.

Məhz bu səbəbdən AĞDAĞ, FASNATURAL, ROKOL, İzoLatexe, PARAKONTAKT, FASMATİK, FasMazaik, Qraniyap, həmçinin şirkətin adı ilə adlanan “Mətanət A” keramika yapışdırıcısı və s. məhsullara tələbat həm yerli, həm də beynəlxalq bazarlarda günü-gündən artmaqdadır. 

“Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.