az

“Mətanət A” Şirkətlər Qrupunun dəstəyi ilə “Əbədiyyət Yolçuları” kitabının təqdimat mərasimi baş tutub.

2021-10-11

 9 oktyabr tarixində Bakı Expo Centre-də keçirilən 7-si Bakı Beynəlxalq Kitab Sərgisində ölkəmizin qabaqcıl tikinti materiallarının istehsalı şirkətlərindən olan  “Mətanət A ” şirkətlər Qrupunun dəstəyi ilə nəşr edilən “Əbədiyyat Yolçuları ”adlı kitabın təqdimat mərasimi baş tutub. 

220-dən çox şəhid haqqında məlumatı əks etdirən kitabda həm birinci, həm də ikinci Qarabağ müharibəsinin şəhidlərinin həyat və müharibə yolu haqqında məlumatlar əks  olunub. 

İlk dəfə 2016-cı ildə “Əbədiyyət Yolçuları” kitabının 1-ci hissəsini çap edib ictimaiyyətə təqdim edilib. Həmin kitab cəmiyyətdə çox böyük maraqla qarşılandı, qeyd edilən kitabda yalnız I Qarabağ müharibəsinin şəhidləri barədə məlumat təqdim edilmişdi, lakin bu kitabda isə həm I, həm də II Qarabağ müharibəsinin şəhidlərinin keçdiyi həyat və döyüş yolu barədə məlumatlar təqdim edilib.

Kitabın nəşrinə dəstək “Mətanət ” Şikrətlər Qrupunun Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində həyata keçirilib. “Əbədiyyat Yolçuları ” adlı kitab sosial fəaliyyətin sadəcə bir qismini əhatə edir. Belə ki, Şirkətlər Qrupu mütəmadi olaraq qazi və şəhid ailələrinə dəstək layihələrini xüsusi diqqət mərkəzində saxlayır. Gələcək nəsilləri Qarabağ müharibəsinin iştirakçıları və qəhrəmancasına canından keçmiş şəhidlərimizi örnək olaraq tanıtmağa çalışır və bu fəaliyyəti daima davam etməkdədir.

Sonda tədbir iştirakçılarına “Əbədiyyət Yolçuları” adlı kitab Xalid Mahmudun imzası ilə təqdim edilib.