«Mətanət A» şirkəti ən müasir texnologiyanın köməyi ilə, yüksək ixtisaslı işçi heyətinə arxalanmaqla qısa bir müddətdə istehsal etdiyi tikinti materiallarının keyfiyyətinə görə həm Azərbaycanın bütün bölgələrində, həm də respublikadan kənarda öz layiqli yerini tutmuşdur. Sənaye və mülki binaların üzlük-tamamlama işlərində istifadə olunan yüksək keyfiyyətli kafel-metlax yapışdırıcılarının, aralıq-doldurma qarışıqlarının və həmçinin saten və sıva alçılarının, yəni sement və gips əsaslı qarışıqların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət-A» şirkəti 2000-ci ildən səmərəli fəaliyyət göstərir.
Məhz «Mətanət A» şirkətinin prezidenti tərəfindən 2000-ci ildə Azərbaycana ilk dəfə olaraq «Yapışdırıcılar» AZS 039-2000 (TS 11140-1993),(sement əsaslı,hidravlik bağlayıcılı, kafel, keramika və döşəmə plitələri yapışdırıcıları), «İnşaat gipsləri» AZS 046-2000 (TS-370-1996) və «Perlitli suvaq və qarışıqlar»-ın AZS 052-2001 (TS 6433-1989) texniki şərtləri gətirilməklə onların istehsalına başlanmışdır.Yüksək keyfiyyətli yapışdırıcılar, Aralıq doldurma qarışıqları, Saten (üzlük) və Siva (astar) Alçıları, İzolyasiya qarışıqları və məhlulları, geniş təyinatlı PVA yapışqanı, Səth hazırlama, Səthə nəzarət, Səth təmizləmə maddələri və s. qarışıqların respublikada ilk istehsalçısı olmaq və onların istehsalını qoruyub saxlamaq naminə şirkətin prezidenti daim elmi-texniki araşdırmalar aparmaqla, səmərələşdirici təklif və ideyalarını istehsal etdiyi yeni məhsullar şəklində reallaşdırır. Şirkətin bütün əməkdaşları istehsal etdikləri tikinti materiallarının keyfiyyət faktorunu və alıcıların marağını üstün tutaraq, onun imicini daha yüksəklərə qaldırmaq üçün yorulmadan çalışırlar. Ona görə də tikinti sahəsində çalışan hər bir təşkilat ictimai və sosial binaların tikilməsində və onların üzlük-tamamlama işlərində «Mətanət A» şirkətinin istehsal etdiyi materiallardan böyük həvəslə istifadə edirlər. Şirkətin unikal tikinti materialları, hazırda mövcud olan yapışdırıcılar, tikinti materialları arasında öz liderliyini saxlayır və bundan sonra da bu mövqedə qalmaqda davam edəcək. «Mətanət A» şirkətinin istehsal etdiyi məhsullar respublikamızın və xarici ölkələrdə keçirilən sərgilərdə mütəmadi olaraq nümayiş etdirilir, Moskvada 2001-ci ildə MDB-nin 10-illik yubileyi ilə əlaqədar olaraq keçirilən sərgidə «Mətanət A» şirkəti keyfiyyət üzrə Diplom və Fərmana layiq görülmüşdür, 2001, 2002, 2003cü illərdə Türkiyədən ixrac olunan materiallar Bakıda keçirilən «Türkixrac», Baku Build sərgilərində nümaiş etdirilməklə, iki ölkə arasındakı işgüzar əlaqələrin bir daha genişlənməsinə zəmin yaratmışdır. |
Şirkətin istehsal etdiyi məhsulların keyfiyyətinə görə 05.04.2004-ci ildə İsveçrənin Cenevrə şəhərində keçirilmiş Keyfiyyət üzrə VI Beynəlxalq Konfransda Azərbaycandan ilk dəfə olaraq «Mətanət A» şirkəti surətdə «Century International Quality Era Award» Beynəlxalq Keyfiyyət Mükafatı və Sertifikatına layiq görülmüşdür. Şirkətin istehsal etdiyi tikinti materialları elmi-tədqiqat laboratoriyalarında tədqiq olunmuş və Beynəlxalq Standartların tələblərinə cavab verir. Tikinti sektorunun ən prioritet sahələrindən olan sement və gips əsaslı yapışdırıcılar və digər tikinti materiallarının yüksək rəqabət qabiliyyətinə malik olması, bizə daxili və xarici bazarlarda uğurla fəaliyyət göstərməyə stimul verir. Təcrübə yolu ilə nail olduğumuz yeni ideyalara arxalanmaqla istehsal etdiyimiz hər bir məhsulun yüksək keyfiyyətli olması ilə yanaşı, bazarda alıcıların imkanlarını nəzərə almaqla güzəştli qiymətlərlə satılmasına şirkətin prezidenti mütəmadi olaraq diqqət yetirir.İstehsal etdiyimiz məhsulların çeşidləri artdıqca, onların istifadə qaydaları və təyinatından bəhs edən reklamları istehlakçıların nəzərinə çatdırmağı özümüzə borc bilirik. Şirkət öz məhsullarını professional dizaynerlərin yüksək zövqlə hazırladığı kisələrdə, paketlərdə qablaşdırmaqla yanaşı həmin tikinti materiallarının istifadə qaydalarını və təyinatını bütün incəlikləri ilə qabların üzərində əks etdirir. Şirkətin prezidenti istehsal sahələrini genişləndirmək, məhsulların çeşidlərini artırmaq və keyfiyyətini daha da yüksəltmək naminə müntəzəm olaraq araşdırmalar aparır. |