az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"Matanat A" mərmər-qranit yapışdırıcısı (boz)

"Matanat A" mərmər-qranit yapışdırıcısı (boz)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement əsaslı, boz rəngli, kimyəvi qatqılarla zəngin, yüksək keyfiyyətli, birkomponentli mərmər-qranit yapışdırıcısıdır. AZS 039 (TS-11140) standartına uyğundur.

İstifadə sahələri

Təbii mərmər və qranit, keramika, böyük ölçülü keramika, kotto, çini keramika, kirəmit və bu kimi üzlük plitələrin yapışdırılmasında, çox sayda piyada və yük maşınlarının hərəkət etdiyi ticarət mərkəzləri, xəstəxana, məktəb və iş yerləri kimi məkanlarda köhnə qranit və mərmərlərin üstündən qopartmağa ehtiyac olmadan yeni istənilən üzlük pltələrinin yapışdırılmasında, daxili və xarici səthlərdə istifadə olunur. Beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılır.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • yuxarıdan aşağıya doğru keramika və digər üzlük plitələri, həmçinin köhnə mərmər və qranitləri qopartmadan üzərinə hər növ üzlük materialları asanlıqla yapışdırır;
  • istiyə və şaxtaya davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir.Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth BİNMADER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq-lıq tozşəkilli qarışığı ehmalca 6,0-6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulunun (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) tətbiq edilməsi tövsiyə olunur.

Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddətini barmaqla həmin qarışığın üzərinə azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır. Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.

Tövsiyələr. "Matanat A" mərmər-qranit yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan üzlük plitələr istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plitələrin ölçüləri

Daraqlı malanın dişlərinin ölçüləri, mm

Yapışdırıcının yayılma qalınlığı, mm

Kiçik mozaikalar
(5 sm×5 sm-ə qədər)

4,0

1,5-2,0

15 sm×15 sm-ə qədər

6,0

2,0-3,0

30 sm × 30 sm-ə qədər

8,0

3,0-4,0

60 sm× 60 sm-ə qədər

10,0

4,0-5,0

100 sm×100 sm-ə qədər

15,0

7,0.5,0

Üzlük plitələrin ölçülərindən asılı olaraq tövsiyə olunan aralıqların eni

Üzlük plitələrin ölçüləri

Aralıqların eni, mm

5 sm×5 sm-ə qədər

2,0-3,0

15 sm×15 sm-ə qədər

3,0-4,0

30 sm×30 sm-ə qədər

4,0-5,0

60 sm×60 sm- ə qədər

5,0-6,0

100 sm×100 sm-ə qədər

6,0-8,0

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+50 C ÷ +300 C

Su /quru qarışıq

2,4 – 2,6 litr su/10 kq quru qarışıq
6,0 -6,5 litr su/25 kq quru qarışıq

Qarışdırıldıqdan sonra gözləmə müddəti

3-5 dəqiqə

İstifadə müddəti

3 saat

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə


24 saatdan sonra
48 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan10 və 25 kq-lıq kisələrdə

AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq

Test nəticələri

Qabıq bağlama müddəti

≥10 dəqiqə

25-35 dəqiqə

Sürüşmə

<0,5 mm

0

Yapışma müqaviməti

>0,5 N/mm2

>3,0 N/mm2

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

 

"Matanat A" mərmər-qranit yapışdırıcısı

(kq)

1 mm qalınlıq üçün quru qarışığın

sərfiyyatı

(kq/m2)

Qarışdırılacaq suyun miqdarı (litrlə)

25 kq üçün

 

 

Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)

 

 

 

4 mm

6 mm

8 mm

10 mm

25

1,42

6,5

1,3

1,97

2,44

4,06

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • "Matanat A" mərmər-qranit yapışdırıcısının sement əsaslı və qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!