az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MA Sem" ideal sement təmizləyicisi

"MA Sem" ideal sement təmizləyicisi

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Səthi aktiv maddələri özündə əks etdirən, sement əsaslı qalıqları asanlıqla təmizləyən məhsuldur.

İstifadə sahələri

Bu təmizləyicidən:

  • üzlük plitələrin yapışdırılması zamanı onların üzərində qalan sement əsaslı müxtəlif inşaat qalıqlarının və digər qalıqların asanlıqla təmizlənməsində;
  • girintili-çıxıntılı döşəmə və soba daşlarının, təbii daşların, müxtəlif növ keramikaların üzərindəki qalıqların təmizlənməsində istifadə olunur.

Üstünlükləri

  • inşaat qalıqlarını və digər qalıqları asanlıqla təmizləyir;
  • qalıqlardan təmizlənmiş səthlər asanlıqla su ilə silinir.

İstifadə qaydaları

Qarışdırılması. Plitələrin üzərində qalan qalıqların miqdarından asılı olaraq 1/5 və ya 1/10 nisbətində su ilə qarışdırıla bilər.

Tətbiqi. Yuxarıda qeyd olunan nisbətlərdə su ilə qarışdırılmış MA Sem ilə təmizləmə işi iki üsulla aparıla bilər:

Əl ilə təmizləmə: MA Sem məhsulunu fırça ilə təmizlənəcək sahənin təxminən 2 m2-lik hissəsinə yayın. 2-3 dəqiqə gözlədikdən sonra bez ilə sürtüb təmizləyin. Yerdə əmələ gələn çirkli suyu süngər ilə vedrəyə doldurun. Bez və süngəri təmiz su ilə yuyun. Bu qayda ilə bütün sahəni təmizləyin və təmizləmə işi başa çatdıqdan sonra çirklərin çıxmadığı yerlərdə daha az miqdarda su qarışdırmaqla hazırlanan MA Sem məhsulundan yenidən istifadə edin. Bütün sahəni çox miqdarda su ilə durulayıb silin və qurumasını gözləyin. Çətin və qalın ləkələrin təmizlənməsində MA Sem məhsulunu su qarışdırmadan daha uzun müddət səthdə saxlamaqla istifadə edin.

Quru və vakuum aparatı ilə təmizləmə: MA Sem məhsulunu təmizlənəcək sahənin təxminən 4 m2-lik hissəsinə fırça ilə yayın. 2-3 dəqiqə gözlədikdən sonra aşağı hissəsinə möhkəm yuyucu bez yerləşdirilmiş sürtmə aparatı ilə təmizləməyə başlayın. Yerdə əmələ gələn çirkli suyu isə vakuum aparatı ilə toplayın. Bu qayda ilə bütün sahəni təmizləyin və təmizləmə işi başa çatdıqdan sonra çirklərin çıxmadığı yerlərə daha az miqdarda su qarışdırmaqla hazırlanan MA Sem məhsulundan yenidən istifadə edin. Bütün sahəni çox miqdarda su ilə durulayıb, toplanmış suyu vakuum aparatı ilə yığın və qurumasını gözləyin.

Tövsiyə. MA Sem istifadə olunan səthin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən çox), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Görünüşü

Şəffaf maye

İstifadə temperaturu

+5°C÷+30°C

Qarışma nisbəti MA Sem/Su

1/5 - 1/10

Qablaşdırma

1; 4 və 10 litrlik plastik bidonlarda

Sərfiyyat

1 litr təmizləyici 100 m2 (1/5 nisbətində su ilə qatmaqla) səthi təmizləyə bilər.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • MA Sem-in mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!