az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"PROMATEKTOR" lyuks səth qoruyucusu

"PROMATEKTOR" lyuks səth qoruyucusu

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında:  İstifadə olunduğu səthə nüfuz etməklə,təbəqə yaratmayan,səthin tənəffüs etməsinə maneə olmayan, silikon əlavəli,şəffaf, sukeçirməz səth qoruyucusudur.

İstifadə sahələri:

  • Təbii və süni daşlar və beton səthlərdə istifadə olunur

 

Üstünlükləri:

  • Səthi uzun müddət atmosferin zərərli təsirlərindən qoruyur
  • Səthdə sukeçirməzliyi təmin edir,duzlara və aşınmalara qarşı müqavimətini artırır.
  • Dekorativ plitələr və təbii daşlar vurulmuş fasadlarda qoruyucu səth yaradır.
  • Səthin şaxtaya davamlılığını artırır
  • Səthə 5 mm-ə qədər nüfuz edərək,təbii görünüşünü və rəngini saxlayır
  • Tərkibində solvent olmadıgı üçün ekoloji təmiz məhsuldur.

 

İstifadə qaydaları.

Səthin hazırlanması:  Səth təmiz və quru  olmalıdır.

Tətbiqi: Məhsulu fırça ,vərdənə və püskürtmə aparatı ilə səthə ikiqat vurmaq lazımdır. Məhsulu işlətməzdən əvvəl səthi azca nəmləndirmək lazımdır. 1-ci qat səthə nüfuz edən kimi qurumağını gözləmədən dərhal 2-ci qat vurulmalıdır. Tətbiq ediləcək səthlərin və mühitin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət edilməlidir.

Tövsiyələr;  Səthin sukeçirməzliyi tam olaraq 24  saatdan sonra təmin edilir.Bəzi səthlərdə 1-ci qatdan sonra  inorqanik maddələırin çökməsi ilə bağlı ağ  ləkələr əmələ gələrsə, səthi yumaq, silmək və ya sürtməklə ləkələrdən təmizləyib 2-ci qatı vurmaq lazımdır.

Sərfiyyatı: Tətbiq ediləcək səthin növündən və əmiciliyindən asılı olaraq tək qatda 0.15-0.25 l/m²-dir.

Saxlama müddəti: Açılmamış qablarda, sərin və quru yerdə dondan, birbaşa günəş şüasından qorumaqla 3 il saxlanıla bilər.

 

 

Xəbərdarlıq və Təhlükəsizlik şərtləri

H317-Allergik təsirə səbəb ola bilər;

P101-Tibbi müdaxiləyə ehtiyac olarsa məhsulun qabını və ya etiketini saxlayın;

P102-Uşaqların əli çatmayan  yerlərdə saxlayın;

P103-İstifadədən  öncə etiketi oxuyun;

P280- Dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;

 

Zəmanət və  texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə  “Mətanət  A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!