az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

Məhsul haqqında

Su ilə qarışdırılaraq divara vurulduqda səth üzərində elastiki təbəqə yaradan, akrilik sopolimer əsaslı boyadır.

İstifadə sahələri

Bu boyadan:

  • nəmin və rütubətin qarşısını almaq məqsədilə hər növ beton, kərpic, keramika və s. səthlərdə istifadə olunur.

Üstünlükləri

  • səth üzərində elastik təbəqə yaradır;
  • səthin hava qəbul etməsinə maneçilik törətmir;
  • tərkibində xüsusi antimikrob maddələr olduğuna görə mikroorqanizm və bakteriyaları səthə yaxın buraxmır;
  • nəmin və rütubətin qarşısını alır.

Səthin hazırlanması. Boya çəkiləcək səthlər toz, yağ, parafin və s. qalıqlardan təmizlənməli, quru və təmiz səth 100% su ilə yumşaldılaraq bir qat astar vurulmalıdır.

Tətbiqi.
 Astarın üzərindən yumşaldılmadan iki qat ROKOL SUTUT vurulur. Qatlar bir-birinə perpendkulyar şəkildə vurulmalıdir. Qatlar arasında ən azı 24 saat gözlənilməlidir. Boya fırça və ya vərdənə ilə səthə çəkilməlidir.

Texniki göstəricilər

Məhsulun quruluşu

akrilik sopolimer əsaslı

Quru qalığı

67%

Sıxlığı

1,39 kq/litr

Tam quruma müddəti

24 saatdan sonra

Qablaşdırma

3,5; 10,0 və 25,0 kq-lıq plastik qablarda

Sərfiyyatı

1 m2 səthə 1,0-2,0 kq boya istifadə oluna bilər.

Saxlama müddəti və qaydası

Ağzı açılmamış qablarda, quru şəraitdə 2 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühavizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • oddan qoruyun.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!