az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" sintetik tiner

Məhsul haqqında

Sintetik əsaslı məhsulların incəldilməsi və boya avadanlıqlarının təmizlənməsi üçün hazırlanmış sintetik tinerdir.

İstifadə sahələri

Bu sintetik tinerdən:

  • sintetik əsaslı boya, lak və astarların həll edilməsində (incəldilməsində) və boya avadanlıqlarının təmizlənməsində istifadə olunur.

Üstünlükləri

  • boya avadanlıqlarına yapışmış çətin təmizlənən qalıqları asanlıqla təmizləyir;
  • fəsillərdən asılı olmayaraq yaxşı yayılmanı təmin edir;
  • yavaş dərəcədə buxarlanma sürətinə malikdir.

İstifadə qaydaları

Tətbiqi. Sintetik əsaslı boya, lak və astarları ROKOL sintetik tinerlə həll etdikdən sonra birbaşa fırça və ya vərdənə ilə tətbiq edin.

Texniki göstəricilər

Tərkibi

sintetik əsaslı

Alışma nöqtəsi

390C və yuxarı

Qablaşdırma

0, 5; 1,0; 3,0; 4,0 və 15,0 litrlik dəmir qablarda

Sərfiyyat

Qarışdırıldığı məhsulun qatılığından asılı olaraq sərfiyyat dəyişkəndir.

Saxlama müddəti və qaydası

Ağzı kip bağlanmış qablarda, sərin yerdə, birbaşa günəş şüaları düşməyən qapalı şəraitdə 3 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • oddan qoruyun;
  • boya buxarının nəfəsə daxil olmaması üçün müvafiq fərdi mühafizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • gözə və dəri üzərinə düşməsinin qarşısını alın;
  • çirkab sulara axıtmayın;
  • tətbiq olunduğu mühiti havalandırın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!