az

“Mətanət A” şirkəti “Gənclər Günü”nü fərqli şəkildə qeyd edib

2018-02-05

Azərbaycanda sement və gips əsaslı məhsullarının ilk istehsalçısı olan “Mətanət A” Şirkəti əməkdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsinə daim önəm verir və onların motivasiya olunmasını əsas prinsiplərindən biri sayır.

 Elə bu istiqamətdə həyata keçirilən daha bir layihə “Gənclər Günü” ilə bağlı olub.

 Fevralın 2-i “Mətanət A” Şirkətinin əməkdaşları arasında “Birlik” adlı boulinq turniri keçirilib. Turnirdə iştirak edən 40 əməkdaş “Mətanət A”, “Ağdağ”, “Blokpan”, “Rokol”, “Fasnatural” adlı komandalara bölüşüblər. “Ağdağ” adlı komanda 698 xalla turnirin qalibi oldu.

Hər kəsə məlumdur ki, 2 fevral tarixinin “Gənclər Günü” kimi elan olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümumilli Liderin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda gənclər siyasətinin əsası qoyulub. “Mətanət A” Şirkəti öz növbəsində Azərbaycanda həyata keçirilən gənclər siyasətinə daim dəstək olmağa hazırdır.