az

“Mətanət A”-dan növbəti xeyriyyəçilik

2014-07-23

Yarandığı gündən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində keçirdiyi layihələrlə daim fərqlənən “Mətanət A” şirkəti bu il də bu ənənəni layiqincə davam etdirir. Şirkət Müqəddəs Ramazan ayında şəhid ailələri ilə Ramazan süfrəsi ətrafında görüş həyata keçirdi. Tədbirdə iştirak edən şəhid ailə üzvləri onlara olan dəstək və qayğıdan söz açmış və “Mətanət A” şirkətinin həyata keçirdiyi bu aksiyanın əsl vətəndaşlıq borcunun yerinə yetirilməsinə layiqli bir nümunə olduğunu vurğulamışlar. “Müharibə Veteranı Qadınlara Sosial Yardım” İB-nin sədri İradə Abbas, “Şəhid Ailələrinə Sosial Yardım Cəmiyyəti”-nin sədri Almaz Seyidova, “Qayğı” cəmiyyətinin üzvü Məzahir Qəhrəmanov, şəhid ailə üzvləri Qafarova Mətanət, Səmədova Tahirə keçirilən tədbirdə iştirak edib, öz təşəkkürlərini bildirdilər. Sonda bayram şənliyinə dəvət olunmuş aztəminatlı ailələrə ərzaq yardımları edildi.

“Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq hər zaman cəmiyyətin aztəminatlı, əlil, şəhid ailələrinə yardım etməklə öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonrada bu işləri daha da əzmlə davam etdirəcəkdir.

15 ildir fəaliyyət göstərən, sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkəti həmişə Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində müxtəlif tədbirlər həyata keçirir. Şirkət bu yöndə keçirilən tədbirləri vətəndaşlıq borcu kimi qiymətləndirir və belə tədbirlərin davamlı olacağını bildirir.

Qeyd edək ki, “Mətanət A” şirkəti 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir.