az

"Mətanət A" şirkətindən Novruz bayramı münasibətilə daha bir xeyirxah addım

2014-03-17

“Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində Novruz bayramı münasibəti ilə “Hər zaman birlikdəyik” adlı silsilə tədbirlərdən növbəti tədbiri keçirmişdir. Öncəki layihələrdə Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, müxtəlif əlillik dərəcəsi almış şəxslərlə birlikdə olan “Mətanət A” şirkəti, bu dəfəki tədbirini Bilgəh Qocalar evində yaşayan qocalar və ahıllarla birlikdə qeyd etdi. Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə çıxış edən şirkət nümayəndələri, dəvət olunmuş qonaqlar öz çıxışlarında bu gün ölkəmizdə gedən inkişafdan, aztəminatlı ailələrə olan dəstək və qayğıdan söz açmış və “Mətanət A” şirkətinin həyata keçirdiyi bu aksiyanın əsl korporativ vətəndaşlıq borcunun yerinə yetirilməsinə layiqli bir nümunə olduğu vurğulamışlar. Daha sonra bayram şənliyi musiqi və rəqslərlə davam etmişdir.

“Mətanət A” şirkəti fəaliyyəti dövründə hər zaman Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq cəmiyyətin aztəminatlı, əlil, şəhid ailələrinə, qocalar və ahıllara yardım etmiş və bundan sonrada bu istiqamətdə həyata keçirdiyi işləri daha da əzmlə davam etdirərək, öz korporativ vətəndaşlıq borcunu yerinə yetirməkdən məmnunluq və şərəf duyacaqdır.