az

“Mətanət A” şirkətinin kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünü qeyd etdi

2012-05-11

10 May 2012-ci il tarixində uzaqgörən siyasətçisi, görkəmli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-ci ildönümü münasibəti ilə paytaxtda və regionlarla yanaşı dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar tərəfindən anım tədbirləri keçirilmiş və Ulu öndərin əziz xatirəsi böyük ehtiramla yad olunmuşdur. Ulu Öndərin 89 illiyi münasibəti ilə “Mətanət A” şirkəti də tədbir keçirmiş, eyni zamanda şirkətin rəhbərliyi və işçi kollektivi Gül Bayramına qatılmışdır.İlk olaraq Ulu Öndərin abidəsi önünə çiçəklər və əkilil qoyuldu. Daha sonra parkın daxilində yerləşdirilmiş güllərdən ibarət ekspozisiyalara baxış keçirildi. “Mətanət A” şirkətinin Gül Bayramı üçün xüsusi olaraq hazırladığı Güldən ibarət Gerb ekspozisiyası sakinlər və tədbir iştirakçıları tərəfindən xüsusi marağa səbəb oldu. Daha sonra parkda Ümummilli Liderin həyatından bəhs edən sənədli filmlərin nümayişi baş tutdu.

Heydər Əliyev ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsindəki böyük uğurların mənbəyidir, Ümummilli liderin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaq.