az

"Mətanət A" şirkəti MosBuild 2012-də

2012-04-05

“Mətanət A” şirkəti Avropanın ən nəhəng sərgilərindən sayılan 18-ci Beynəlxalq tikinti və interyer sərgisi “Mosbuild 2012” -də Azərbaycandan yeganə şirkət olaraq iştirak edib. Yüz mindən artıq tikinti mütəxəssisin iştirak etdiyi sərgi 3 gün, Rusiyanın paytaxtı Moskva şəhərində davam edib. Sərgi ziyarətçilərinin əksəriyyəti iri inşaat şirkətlərinin rəhbərləri və aparıcı mütəxəssisləri, iri və orta biznes nümayəndələri, sahibkarlar və adi vətəndaşlar olmuşdur. 1000-dən çox məhsul çeşidinə malik, 200-dən çox məhsul markasına sahib olan Mətanət A şirkəti sözügedən sərgidə inşaat mütəxəsislərin diqqətini cəlb eləməyi bacarıb. Şirkətin istehsal etdiyi, dünyanın 150-dən çox ölkəsində patentləşdirilmiş , “ağlay” əsaslı məhsul olan “fasadda dekorativ üzlük piltələrinin və qəliblərdə tökmə üsulu ilə bəzək məmulatlarının hazırlanması üçün quru qarışıq olan “FasNatural” məhsulu sərgidə ən çox marağa səbəb olan məhsullardan olub. Texniki göstəricilər baxımından ağlay daşla müqayisədə bir çox üstünlüklərə malik olan FasNatural məhsuluna su hopmur, şaxtada çatlamır, binanın fasadının yükünü 11 dəfəyə qədər azaldır (istilik izolyasıya sistemləri ilə vurulduqda) təmir işi daha ucuz və daha tez başa gəlir, müvaqiməti təbii daşla eynidir, fasadda istənilən kompozisiyanı almaq olur və bütün bunlarla bərabər görünüşünə görə təbii daşdan seçilmir.

Bundan əlavə şirkətin istehsal etdiyi Keramika yapışdırıcıları, Gips əsaslı məhsullar, Hidroizolyasiya məhsulları, Əhəng məhsulları, PVA, Boya, Sement əsaslı səth sərtləşdiriciləri, Beton qatqıları məhsulları sərgi iştirakçıları tərəfindən geniş marağa səbəb olub. Qeyd etmək yerinə düşər ki, artıq «Mətanət A» adı altında istehsal edilən məhsullar Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrin tikinti bazarlarında özünəməxsus alıcı kontingenti toplaya bilib.