az

İlin ixtirası - FasNatural

2011-03-19

19 Mart 2011-ci il tarixində "Consulting and Business” jurnalının təsis etdiyi, iqtisadiyyat və biznes sahəsində milli imukafat olan- “Uğur 2010” mükafatının təqdimetmə mərasimi keçirilmişdir. Mərasim şəhərimizin gözəl məkanlarından biri olan “Buta Palace” da təşkil olundu. Mükafat Azərbaycan iqtisadiyyatının inkişafında, dünyaya inteqrasiya etməsində, biznes infrastrukturunun müasir standartlara uyğun qurulmasıda, ölkənin bu sahədə potensialının artırılmasında, yerli şirkətlərin rəqabət qabiliyyətini inkşaf etdirilməsində xidmətlər göstərmiş qurum və müəssisələrə, dövlət və özəl sektorun nümayəndələrinə təqdim olunur.

Sevindirici haldır ki, hər il təşkil olunan bu təltifetmə mərasimində də Azərbaycan iqtisadiyyatının inkişafına öz töhvəsini verən, sement və gips əsaslı qarışıqların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkəti öz yenilikləri ilə diqqət mərkəzində oldu və laureatlar arasında öz yerini ala bildi.

Elmi-texniki araşdırmalara əsaslanan fəaliyyəti və innovativ texnologiyaların tətbiqi sahəsində daim ön sıralarda olan “Mətanət A” şirkəti istehlakçılar arasında aparılmış sorğuya əsasən daha bir nominasiya üzrə qalib oldu. Belə ki, 2010-cu ilin yekunlarına əsasən "Mətanət A" şirkətinin istehsal etdiyi “FasNatural” məhsulu “İlin İxtirası” nominasiyası üzrə “Uğur Milli Mükafatı”na layiq görüldü. Mükafatı qəbul edən şirkətin Marketinq və Strateji Planlaşdırma üzrə Vitse Prezidenti Fuad Bəşirov öz nitqində əldə olunmuş uğurlar, dövlətin sahibkalığa və sahibkarla olan diqqətindən danışaraq bildirdi ki, ”Mətanət A” şirkəti öz innovativ ənənəsinə sadiq qalaraq daim yeniliklər etmiş və gələcək fəaliyyətində də bu cür ixtiralarla milli iqtisadiyyatımızın inkişafında pay sahibi olmaq, ölkəmizdə mövcud olan müasir biznes ənənəsinin xarici ölkələrdə layiqli təmsilçisi olmaq niyyətindədir.

Məlumat üçün bildirək ki, dünyanın 150-yə yaxın ölkəsində patentləşdirilmiş FasNatural məhsulu fasadda dekorativ üzlük plitələrinin və qəliblərdə tökmə üsulu ilə bəzək məmulatlarının hazırlanması üçün quru qarışıdır.. Əsasən beton, kərpic, əhəng daşı digər daşlardan hörülmüş divarların fasadına, XPS (sıxışdırılmış polistiren köpüyü), EPS (genişləndirilmiş polistiren köpüyü), daş yunu (preslənmiş mineral pambıq tavalar), poliuretan tavalarla üzlənmiş səthlərin üzərinə birbaşa olaraq suvaq şəklində mala və makina püskürtməsi yolu ilə tətbiq edilir və fasadda ağlay daşını yaradır.Texniki göstəricilər baxımından FasNatural məhsulu ağlaydan fərqli olaraq su keçirmir, şaxtaya davamlıdır, müqaviməti təbii daşdan yüksəkdir, binanın fasadının yükünü 11 dəfəyə qədər azaldır, fasadda istənilən kompozisiyanı almaq olur. Nəticə etibarı ilə vizual görüntü baxımından təbii daşdan seçilmir.