az

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü qeyd olundu

2010-05-10

10 May 2010-cu il tarixində böyük azərbaycanlı, görkəmli siyasi xadim, fenomen insan, zamanın ən güclü siyasətçilərindən olan, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü kimi qeyd olundu.

Bu münasibətlə “Mətanət A” şirkətində də anım tədbiri keçirildi. Tədbiri giriş sozü ilə açan şirkətin rəhbəri Elxan Bəşirov xalqımızın dahi oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən danışdı. Müasir Azərbaycanın sosial-iqtisadi, mədəni həyatında baş verən ən mühüm hadisələrin məhz ümummilli lider Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğuladı.

Tədbirdə digər çıxış edənlər də, ulu öndərin banisi olduğu hüquqi dövlət və vətəndaş cəmiyyəti modelinin vətəndaşlara, cəmiyyətə təsir mexanizmindən danışdı. Ölkə prezidenti Cənab İlham Əliyevin ulu öndərin siyasi kursunun uğurlu davamçısı olaraq müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və çiçəklənməsi üçün həyata keçirtdiyi siyasi kursun uğurlu nəticələrindən də söhbət açıldı. Azərbaycana rəhbərliyinin bütün dövrlərində müdrik uzaqgörənliyi, böyük idarəçilik qabiliyyəti ilə qəlbində sonsuz vətən sevgisinə malik ulu öndərin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıldı. Daha sonra tədbir şirkət kollektivinin ümummilli liderin fəxri xiyabandakı məzarını ziyarəti ilə davam etdi.