az

Ustalar klubu Gürcüstanın Marneuli şəhərində

2023-12-21

24.11.2023-cü il tarixində Gürcüstan Respublikası, Marneuli şəhərində, Azərbaycanın və regionun inşaat materialları bazarında liderliyini qoruyub saxlayan "MATANAT A" şirkətlər qrupunun istehsal etdiyi məhsulların təqdimat tədbiri baş tutmuşdur.

 

Tədbir zamanı şirkətin Ustalar Klubu şöbəsinin müdiri Əkbər Dostumalıyev öz çıxışında şirkətin inkişaf yolu və gələcək məqsədləri ilə bağlı məlumat verib. Eyni zamanda şirkətin istehsal etdiyi məhsullarla bağlı verilən məlumatlar, təşkil olunan master klasslar iştirakçılar tərəfindən dərin rəğbətlə qarşılandı.

 

Kluba üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Şirkətin istehsal etdiyi məhsulları test edərək keyfiyyəti ilə daha yaxından tanış olub, öz müsbət fikirlərini bildirdilər.