az

“Mətanət A” şirkəti dünyanın nömrə bir texnologiyası olan Grenzebach texnologiyasına əsaslanan AĞDAĞ Natural Gipskarton Lövhələri zavodunun təqdimatını keçirtdi

Ölkəmizin tikinti materiallarının qabaqcıl istehsalçılarından olan “Mətanət A” Şirkətlər Qrupunun AĞDAĞ Natural Gipskarton Lövhələri Zavodunun geniş təqdimatı Alov Qüllələrində keçirilib.Tədbirdə müxtəlif dövlət qurumları, biznes assosiasiyaları, inşaat  şirkətlərinin rəhbər şəxsləri,  eləcə də tikinti materiallarının satışı ilə məşğul olan fərdi sahibkarlar iştirak edib. Öncə  qonaqlar  zavodu ziyarət edib və istehsal prosesi ilə  tanış olublar.  Zavodun direktoru Alim Bayramov qonaqlara məlumat verib ki,  zavod qabaqcıl Grenzebach alman texnologiyasına əsaslanır, istehsal prosesi tam avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə nəzarət PLC xüsusi proqram təminatı ilə avtomatik həyata keçirilir.  AĞDAĞ Natural Gipskarton Lövhələrinin istehsalında spesifik kartondan istifadə edilir, son məhsul maksimum  elastikliyə və yüksək müqavimətə...

2021-12-28Ətraflı

Bu gün Azərbaycan xalqının Ümumillli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında mühüm rola malikdir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin ölkəmizin tarixində xüsusi və əvəzedilməz yeri vardır.  1993-cü ildən başlayaraq ölkəmizdə aparılan ardıcıl siyasi-iqtisadi islahatlar nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub, bu sahədə regionun lider dövləti səviyyəsinə yüksəlib. Azərbaycan milli iqtisadiyyatının sürətli inkişafında məhz Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü iqtisadi siyasətinin nəticəsi dayanır. İstər siyasi, istər iqtisadi, istərsə də sosial inkişaf bazasının formalaşdırılmasında qətiyyətli addımlar atan Ümummilli...

2021-12-12Ətraflı

“Mətanət A” şirkəti Azərbaycan xalqını 12 noyabr Konstitusiya Günü münasibəti ilə təbrik edir.

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi.   Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli konstitusiyasıdır. Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Hər bir ölkənin tarixində ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələrdən biri də Konstitusiyanın, yəni, dövlətçiliyin və cəmiyyətin fəaliyyətinə hüquqi təminat yaradan əsas qanunlar toplusunun qəbul edilməsidir.

2021-11-12Ətraflı

“Mətanət A” Şirkətlər Qrupu Azərbaycan Xalqını Zəfər Günü münasibəti ilə təbrik edir!

Sentyabr ayının 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi.  Amal bir idi. Qarabağ Azərbaycandır! Bu amala çatmaq üçün Ali Baş Komandanın rəhbərliyi altında döyüş meydanında, diplomatiyada...

2021-11-08Ətraflı

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb.

Oktyabrın 27-də Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nazirləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar,  startapçılar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib.  Tədbirdə “Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının Sədri Elxan Bəşirov da iştirak edib.  Sammitin açılışında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri ortaq mədəni və dini dəyərlərin birləşdirdiyini, ölkəmizin təşkilatda üzvlüyə böyük önəm verdiyini vurğulayıb. Ötən illər ərzində təşkilat çərçivəsində...

2021-10-27Ətraflı

“Mətanət A” məhsulları tədrisdə istifadə olunur

“Mətanət A” Şirkətlər Qrupu 8 saylı peşə liseyi ilə əməkdaşlığa başlayıb. Bakı şəhəri, Qaradağ rayonunda yeləşən lisey inşaat materialları sahəsi üzrə usta mütəxəssislər hazırlayır.  Peşə liseyində “Mətanət A”nın əsas məhsullarından olan Matanat A keramika yapışdırıcıları, Ağdağ Finiş, Direk və Astar kimi məhsullarının tərkibi və istifadə qaydaları barədə tələbələr məlumatlandırılır və bu məhsullar mühüm tədris vasitəsi kimi istifadə edilir. Ağdağ Natural Gipskarton Lövhələrinin növləri, istifadə qaydası və tətbiqi habelə keyfiyyət göstəriciləri peşə liseyinin tələbələrinə tədrisdə əyani vasitə kimi təqdim olunur. Praktiki təhsil metodu üçün əlverişli vəsait sayılan Fasmatik və Şpak F məhsullarının tətbiqi barədə məlumatlara sahib olması tələbələrin gələcək peşəkar fəaliyyətində, xüsusi...

2021-10-18Ətraflı

“Mətanət A” Şirkətlər Qrupunun dəstəyi ilə “Əbədiyyət Yolçuları” kitabının təqdimat mərasimi baş tutub.

 9 oktyabr tarixində Bakı Expo Centre-də keçirilən 7-si Bakı Beynəlxalq Kitab Sərgisində ölkəmizin qabaqcıl tikinti materiallarının istehsalı şirkətlərindən olan  “Mətanət A ” şirkətlər Qrupunun dəstəyi ilə nəşr edilən “Əbədiyyat Yolçuları ”adlı kitabın təqdimat mərasimi baş tutub.  220-dən çox şəhid haqqında məlumatı əks etdirən kitabda həm birinci, həm də ikinci Qarabağ müharibəsinin şəhidlərinin həyat və müharibə yolu haqqında məlumatlar əks  olunub.  İlk dəfə 2016-cı ildə “Əbədiyyət Yolçuları” kitabının 1-ci hissəsini çap edib ictimaiyyətə təqdim edilib. Həmin kitab cəmiyyətdə çox böyük maraqla qarşılandı, qeyd edilən kitabda yalnız I Qarabağ müharibəsinin şəhidləri barədə məlumat təqdim edilmişdi, lakin bu kitabda isə həm I, həm də II Qarabağ müharibəsinin...

2021-10-11Ətraflı

Azərbaycan-Yaponiya İnvestisiya Forumu keçirilib

Bakıda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan-Yaponiya İnvestisiya Forumu keçirilib. Tədbirə Azərbaycan Sahibkarlar Konfederasiyasına üzv aparıcı özəl təşkilatlar, eləcə də Yaponiya şirkətləri qatılıb. Biznes forumda        “Mətanət A” Şirkətlər Qrupu da təmsil olunub. Şirkətlər Qrupunu təmsil edən nümayəndə heyətinə Vilayət Bəşirzadə başçılıq edib. Tədbiri giriş sözü ilə konfederasiyanın prezidenti Məmməd Musayev açıb. Azərbaycan-Yaponiya İnvestisiya Forumunda Yaponiyanın Azərbaycandakı Səfirliyinin İqtisadi şöbəsinin rəhbəri Amada Şuniçi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin I müavini Natiq Həsənov, “TET International Development” şirkətinin rəhbəri Taro Savada da çıxış edib. Tədbir çərçivəsində ASK ilə adı çəkilən şirkət arasında Anlaşma Memorandumu imzalanıb.

2021-10-04Ətraflı

“Mətanət A” Şirkətlər Qrupu İşgüzar Əməkdaşlıq İmkanlarına dair Azərbaycan-İraq Dəyirmi Masada təmsil olunub.

Sentyabrın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İraq Ticarət Palataları Federasiyasının dəstəyi ilə işgüzar əməkdaşlıq imkanlarına dair Azərbaycan-İraq Dəyirmi Masası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslər, sənaye, kənd təsərrüfatı, qida, əczaçılıq, tikinti, turizm və logistika sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər. Dəyirmi Masada “Mətanət A” Şirkətlər Qrupu da təmsil olunub.  Dəyirmi Masadakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-İraq iqtisadi əməkdaşlığının inkişaf etdiyini, bu istiqamətdə xüsusilə kiçik və orta sahibkarların əməkdaşlığa cəlb edilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Qeyd edilib ki, Agentlik Azərbaycan və İraq arasında işgüzar əməkdaşlığın genişləndirilməsi üçün birgə platformanın yaradılmasını dəstəkləməyə hazırdır....

2021-09-28Ətraflı

27 sentyabr tarixi xalqımız və ölkəmiz üçün tarixin mühüm və növbəti uğurlarının başlanğıcı kimi yaddaşlarda qaldı.

 27 sentyabr tarixi xalqımız və ölkəmiz üçün tarixin mühüm və növbəti uğurlarının başlanğıcı kimi yaddaşlarda qaldı. 30 ildir Beynəlxalq müstəvidə haqq səsini eşitdirməyə çalışan Azərbaycan bu yoldan dönmədiyini və haqq səsini haqq savaşı ilə əvəzləməklə tarixi qalibiyyətinə nail oldu. Məhz bu tarixdən başlayaraq vəzifəsindən, sosial və siyasi kimliyindən asılı olmayaraq bütöv xalq olaraq həmrəyliyimizi nümayiş etdirməyə başladıq.  Məhz bu tarixdən neçə-neçə igid oğullarımız haqq savaşında şücaət göstərərək, şəhid və qazi kimi ali ünvanlara sahib olmuşlar.  Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş...

2021-09-27Ətraflı

Qarabağ bölgəsinin bərpası və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində biznes forum keçirilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forumun açılışında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, türkdilli dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan iqtisadi münasibətlər keyfiyyətcə yeni müstəvidə ildən-ilə daha da genişlənir. TDƏŞ-ə üzv dövlətlərlə uğurlu ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. 1995-ci ildən 2021-ci ilin 3 ayınadək olan TDƏŞ üzvü olan ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,6 mlrd. ABŞ dolları sərmayə yatırıb. Azərbaycanda Yaşıl İqtisadiyyatın inkişafına dəstək verən və istehsal texnologiyalarında bu istiqamətə xüsusi diqqət ayrılmasına görə Tikinti Materialları sahəsində...

2021-09-13Ətraflı

“Mətanət A” şirkətinin “20 İllik Uğuru və Gələcək Perspektivləri” haqqında şirkətin rəhbəri Elxan Bəşirovun müsahibəsi

Azərbaycanda qeyri – neft sektorunun inkişafı, qeyri – neft ixracının həcminin artırılması ölkəmizdə son illər həyata keçirilən iqtisadi siyasətin əsasını təşkil edir. Bu uğurlu siyasətin nəticəsi olaraq son 20 ildə qeyri – neft sektorunda 3 dəfəyə yaxın artım qeydə alınıb. Müasir dövrün çağırışlarına uyğun olaraq son vaxtlar ölkəmizin daha da güclənməsinə  yönələn  ciddi islahatlar həyata keçirilir. İstər istehsal prosesləri, istərsə də idarəetmədə daim yeniliklərin carçısı olan “Mətanət A” şirkəti də bu dəyişikliklər dalğasından kənarda qalmayıb. “20 İllik Uğur və Gələcək Perspektivlər” haqqında Şirkətin Müşahidə Şurasının sədri Elxan Bəşirovun müsahibəsini Sizə təqdim edirik.   Salam Elxan müəllim! Geridə qoyduğumuz 20 il “Mətanət A”...

2021-06-02Ətraflı