az

İlin Brendi "BLOKPAN”

İqtisadiyyat və biznes sahəsində "UĞUR" Milli Mükafatının növbəti, 2017-ci il üzrə təqdimat mərasimi keçirilib.   “Quba Rixos” otelində keçirilən təntənəli mərasimdə yenilikləri ilə seçilən, ölkə iqtisadiyyatının inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasında təşəbbüs göstərən 28 yerli, xarici şirkət və təşkilatlar “UĞUR 2017” Milli Mükafatına layiq görülmüşdürlər.  “Mətanət A” şirkətinə məxsus olan “BLOKPAN” məhsulu “İlin Brendi” naminasiyası üzrə “UĞUR 2017” Milli Mükafatına layiq görülüb. Mükafatı “Mətanət A” şirkəti adından Marketinq Departamentinin kuratoru Nanə Quliyeva qəbul etmişdir.  Nanə Quliyeva ilk öncə BLOKPAN məhsulunu “İlin Brendi” adına layiq gördükləri üçün "Consulting&Business" jurnalına “Mətanət A” şirkəti adından dərin təşəkkürünü bildirmişdir. Eləcədə çıxışı zamanı onu da vurğulamışdır ki,...

2017-12-13Ətraflı

Elxan Bəşirov: Hazırda dəmir yolu xəttində daşınmaların tarifi çox yüksəkdir

"Azərbaycanın inşaat materialları istehsalçıları elə düşünürlər ki, Bakı-Tbilisi-Qars  fəaliyyətə başlayandan sonra hökumətimizin müvafiq strukturları inşaat materiallarının dəmir yolu daşımaları tariflərinə yenidən baxacaq və istehsal potensialımızın artmasına təkan verəcək daha münasib tariflər müəyyənləşdirəcəklər".   Bakı-Tbilisi-Qars dəmir yolu sahibkarlığın inkişafı üçün yeni perspektivlər açır.  "Marja" xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, “Mətanət A” şirkətinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Elxan Bəşirov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.  Elxan Bəşirov yazıb: “Tale elə gətirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun keçdiyi Cənubi Qafqaz planetin əhalisinin 65 faizinin yaşadığı, dünyanın enerji resurslarının 75 faizinin cəmləşdiyi və dünyanın ümumi daxili məhsulunun 40 faizinin istehsal olunduğu nəhəng bazarların...

2017-11-16Ətraflı

“Mətanət A” şirkəti əmək yarmarkasında iştirak edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə   “Karyerada ilk addım” devizi altında növbəti  aktiv məşğulluq tədbiri “Odlar Yurdu”  Universitetində keçirilib. Yarmarkanın təşkil olunmasında əsas məqsəd işsiz insanlara ixtisası üzrə iş tapa bilmələrində yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və  işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub. İşsiz və işaxtaranlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən “Mətanət A” şirkəti bu dəfə də ənənəsinə sadiq qalıb. Azərbaycanda sektorun lideri olan “Mətanət A” şirkəti  “Əmək yarmarkasında” 4 vakant iş yeri ilə təmsil...

2017-11-07Ətraflı

Növbəti sosial həmrəylik təşəbbüskarlığı

Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət Strategiyasına uyğun olaraq, sosial həmrəyliyin təmin edilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu çərçivədə növbəti tədbir  Qurban bayramı münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsinin kənardan yardıma və qulluğa ehtiyac olan üzvləri üçün həyata keçirilib.  Tədbirdə çıxış edən “Mətanət A” şirkətinin nümayəndəsi dövlət siyasətinin davamı olan bu növ layihələrin həyata keçirilməsini şirkətin korporativ vətəndaşlıq borcu hesab etdiyini bildirib və sosial layihələrin gələcəkdə də davam etdiriləcəyini qeyd edib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsinin sədri Fəzilə Hüseynova təmsil etdiyi qurumun üzvləri adından “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirova və bütün kollektivə yaradılan bu şəraitə...

2017-08-31Ətraflı

“Mətanət A” şirkətinin “Yay təcrübə proqramı” başa çatıb

22 avqust tarixində “Mətanət A” şirkətinin  Korporativ Sosial  Məsuliyyət strategiyasına  uyğun olaraq Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbələri üçün həyata keçirdiyi “Yay Təcrübə Proqramı” uğurla başa çatıb və tələbələrə sertifikatların təqdim olunma mərasimi keçirilib.  Tədbirdə çıxış edən şirkətin İnsan Resurları Departamentinin direktoru Zenfira Əliyeva tələbələrin təcrübə müddətində verilən tapşırıqların icrasına məsuliyyətlə yanaşdıqlarını, həmçinin onların özlərini texniki və peşəkar bacarıqları artırmaq istiqamətində yüksək səylə çalışan və əzmkar tələbə kimi nümayiş etdirdiklərini diqqətə çatdırıb.   Tələbələr “Mətanət A” şirkətinə onlar üçün yaradılan yüksək şəraitə görə təşəkkürlərini bildirib və təcrübə müddətində əldə etdikləri  bilik və bacarıqların gələcək həyatlarında və karyeralarında müstəsna rol  oynayacağını vurğulayıblar.   Qafqazda quru inşaat...

2017-08-22Ətraflı

“AĞDAĞ” gips zavoduna ekskursiya təşkil olunub

Mətanət A” şirkətinin Korporativ Sosial Məsuliyyət strategiyasına müvafiq olaraq həyata keçirdiyi “Yay təcrübə proqramı” çərçivəsində “Bakı Mühəndislik Universiteti”nin tələbələri üçün 4 avqust 2017-ci il tarixində ekoloji sağlam inşaat materiallarının istehsal olunduğu “AĞDAĞ” gips zavoduna ekskursiya təşkil olunub. Ekskursiya müddətində təcrübəçilərə zavodun fəaliyyəti, tətbiq olunan müasir texnolologiyalar, məhsulların hazırlanması, onların qablaşdırılması, çeşidlənməsi və istehlakçıya çatdırılması  barədə ətraflı məlumat verilib, onların maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki,  müəssisədə məhsulların tərkibinin müəyyənləşdirilməsi,  eləcə də, keyfiyyətin daim ölçülməsi və nəzarətdə saxlanılması məqsədilə müasir standartlara cavab verən laboratoriya da fəaliyyət göstərir. Tələbələr ekskursiya zamanı əldə etdikləri bilik və bacarıqların onların indiki və gələcək həyatlarında, peşə fəaliyyətində  əvəzolunmaz...

2017-08-04Ətraflı

Sosial təşəbbüskarlığa növbəti töhfə

Korporativ sosial məsuliyyətin və həmrəyliyin təmin edilməsi  istiqamətində daim müxtəlif layihələr həyata keçirən “Mətanət A” şirkəti Müqəddəs Ramazan ayı boyunca da bu fəaliyyətini davam etdirir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsinin üzvlərinin iştirakı ilə keçirilən növbəti layihə uğurla başa çatıb. Tədbirdə çıxış edən şirkət nümayəndəsi dövlət siyasətinin davamı olaraq “Mətanət A” şirkətinin sosial layihələrin həyata keçirilməsini korporativ vətəndaşlıq borcu hesab etdiyini bildirib.  Abşeron Gözdən Əlillər Cəmiyyətinin sədri  Temir Balayev və Abşeron rayon Qızıl Aypara Cəmiyyətinin sədr müavini Əliabbas Nağıyev çıxış edərək yaradılmış bu şəraitə, göstərilən daimi diqqətə görə “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirova və...

2017-06-03Ətraflı

Hər zaman yanınızdayıq!

 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mətanət A” şirkəti valideyn himayəsindən məhrum, fiziki məhdudiyyətli uşaqları sevindirməyi unutmadı. Layihədə iştirak edən 200-dən artıq uşaq Abdulla Şaiq adına Kukla Teatrında səhnələşdirilmiş “Qırmızı papaq” tamaşasını maraqla izləyiblər. Daha sonra bütün uşaqlara bayram hədiyyələri təqdim olunub. Tədbirdən sonra Azərbaycan Respublikası “Əlil Körpələrə Yardım” İctimai Birliyinin sədri Sevda Hüseynova, “Valideyn Himayəsindən Mərhum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyinin sədri Mehriban Hüseynova “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirova şagirdlərin dünya görüşünün formalaşmasında göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib, şirkətin sistemli olaraq həyata keçirdiyi sosial layihələri yüksək qiymətləndiriblər. “Mətanət A” şirkəti hər zaman müxtəlif istiqamətlərdə silsilə Korporativ Sosial...

2017-06-01Ətraflı

Yeni təmirə hazırlaşanlara müjdə

İnşaat sektorunda daim innovativ yenilikləri ilə fərqlənən “Mətanət A” şirkəti növbəti yeni məhsulunu təqdim edir: BLOKPAN. Daxili məkanlarda arakəsmələr üçün artıq kərpic, qara suvaq, astar və üzlük şpatlyovkalarına ehtiyac yoxdur. Natural gips əsaslı BLOKPAN uğurla 4 işi 1-də cəmləşdirir.  Qalınlığı 8 və 10 sm, eni 66,7 sm, hündürlüyü isə 50 sm ölçülərində olan BLOKPAN arakəsmələri ekoloji sağlamdır. Məhsulun rahat tətbiqi qısa müddət ərzində ən yüksək keyfiyyətlərə cavab verən arakəsmələr hörməyə imkan verir. Qeyd etmək zəruridir ki, BLOKPAN-la hörgü işi daha ucuz başa gəlir. Natural gips əsaslı BLOKPAN-ın üzərinə boya və divar kağızı birbaşa vurulur. Qısa müddətdə arzu etdiyiniz düz səth əldə etməklə...

2017-05-30Ətraflı

Pulsuz mənzil təmirini kimlər qazandı?

26 may tarixində “Mətanət A” şirkətinin təqdimatı ilə Xəzər FM dalğasında yayımlanan “ROKOL radio reality show” uğurla başa çatıb. Layihə çərçivəsində şounun iştirakçıları təmir-tikinti prosesindəki yeniliklərlə tanış olmaqla yanaşı interaktiv sualları cavablandırmaqla müxtəlif hədiyyələr qazanıb. 8 ay ərzində onlarla dinləyici ROKOL-dan müxtəlif həvəsləndirici hədiyyələr qazanıb,  24 iştirakçının mənzilinin bir otağı, 8 nəfər iştirakçının isə mənzilinin sahəsindən asılı olmayaraq bütün divarları ekoloji sağlam ROKOL boyaları ilə boyanıb.   Bu gün dünyada təmir zamanı xarici məkanlarda müasir görünüş əldə etmək üçün gözoxşayan boya rənglərindən istifadə edilməsi artıq trendə çevrilmişdir. Ən son alman texnologiyası əsasında tam avtomatlaşdırılmış zavodda, insan əli dəymədən istehsal olunan ROKOL boyaları ilk dəfə...

2017-05-26Ətraflı

Keyfiyyət sərhəd tanımır

Mayın 20-də “Mətanət A” şirkəti Gürcüstanın paytaxtı Tbilisi şəhərində müştərilərlə görüş keçirib. Görüş zamanı şirkət nümayəndəsi yeni məhsullar, imkanlar və perspektivlər haqqında məlumat verib. Yeni məhsul çeşidləri ilə əyani tanış olma fürsəti əldə edən tədbir iştirakçıları bu məhsulların yerli əhali tərəfindən də böyük rəğbətlə qarşılanacağından əminliklərini bildiriblər. Çıxışlar zamanı “Mətanət A” şirkətinin təqdim etdiyi sərfəli əməkdaşlıq şərtlərinin yüksək dəyərləndirildiyi vurğulanıb. Görüş ziyafət məclisi ilə davam etdirilib.  Azərbaycan Respublikasının Prezidentinin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər barədə sərəncamına əsasən, xarici bazarlarda “Made in Azerbaijan” brendinin təşviqi ilə sistemli şəkildə məşğul olan “Mətanət A” şirkəti 17 illik uğurlu biznes fəaliyyəti müddətində daim nou-hau (know...

2017-05-22Ətraflı

Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi

Ulu Öndər, dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü “Mətanət A” şirkətində qeyd edilib. Şirkət rəhbərliyi və kollektivi Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarın önünə gül-çiçək dəstələri və əklil qoyublar. Daha sonra “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, məzarın önünə gül-çiçək dəstələri qoyublar.

2017-05-10Ətraflı

“Mətanət A” şirkətindən sektora yeni töhfə

Hər il aprelin 10-nu Azərbaycanda “İnşaatçılar Günü” kimi qeyd olunur. Bu münasibətlə “Mətanət A” şirkəti bütün inşaat sektorunda çalışanları peşə bayramı münasibətilə təbrik edir və yeni daş üçün səth qoruyucusu olan PROMATEKTOR məhsulunu geniş istehlakçı auditoriyasının istifadəsinə təqdim edir. Silikonlu, şəffaf, sukeçirməz astar olan PROMATEKTOR təbii və süni daşları və beton səthləri nəmdən, şaxtadan və atmosfer təsirlərindən qoruyur. Bu məhsul daş, kərpic, plitə, beton səthlərə vurulur, səthin su keçirməzliyini təmin edir. Səthin şaxtaya davamlılığını artırması və səthin nəfəs almasını təmin etməsi PROMATEKTOR-un mühüm üstünlüklərindəndir. Qeyd etmək zəruridir ki, bu səth qoruyucusu fasadda mükəmməl qoruyucu səth yaradır, amma səthə nüfuz etdiyi üçün heç bir...

2017-04-10Ətraflı

“Mətanət A” şirkəti Novruz bayramı münasibətilə silsilə xeyriyyə aksiyalarına start verdi

Hər zaman cəmiyyətimizin kimsəsiz və aztəminatlı ailələrinin yanında olan “Mətanət A” şirkəti xalqımızın milli bayramı olan Novruz bayramında da fiziki qüsurlu, əlil insanları sevindirməyi diqqətdən qaçırmadı. Bayram şənliyində çıxış edən şirkət nümayəndəsi bu gün ölkəmizdə sosial sahədə həyata keçirilən sistemli işlərdən və dövlət siyasətinin bir hissəsi kimi məcburi köçkünlərə, uşaq evlərinə göstərilən yüksək dəstək və qayğıdan söz açmışdır. Bayram ziyafətində iştirak edən qonaqlar, həmçinin İstedadlı “Əlillər İctimai birliyi”nin sədri Cavid Qasımov, Nəsimi rayonu “Əlillər Cəmiyyəti”nin sədr müavini Gülnarə Kərimova, “Ahıl, tənha və əlil insanlara yardım ictimai birliyi”nin sədri Sevinc Qarayeva çıxış edərək “Mətanət A” şirkətinin davamlı olaraq həyata keçirdiyi aksiyaların əsl vətəndaşlıq...

2017-03-17Ətraflı

“Mətanət A” şirkəti Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşdə iştirak edib

Xocalı soqırımının 25-ci ildönümü ilə əlaqədar     fevralın 26-da Azərbaycan Respublikasının paytaxtı   Bakı şəhərində ümumxalq yürüşü keçirilib. On minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşü Azadlıq meydanından başlayaraq  Xətai rayonunda yerləşən “Ana Fəryadı” abidəsi istiqamətində davam edib. “Mətanət A” şirkətinin kollektivi yürüşdə   iştirak edib, faciə qurbanlarının xatirəsinə ucaldılmış   heykəlin qarşısına gül dəstələri qoymuşlar. Qeyd etmək zəruridir ki, “Mətanət A” şirkəti davamlı olaraq Qarabağ həqiqətlərinin, o cümlədən Xocalı soyqırımı haqda məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə müxtəlif layihələrin həyata keçirilməsinə dəstək göstərir.

2017-02-26Ətraflı